Image default
AZƏRBAYCAN DÜNYA HƏRBİ

Zakir Həsənov Türkiyəyə başsağlığı verdi

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akara və Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Başsağlığında deyilir: “ “Fərat Qalxanı” anti-terror əməliyyatının aparıldığı bölgədə qardaş Türkiyə Silahlı Qüvvələrinə qarşı edilmiş xain terror hücumu nəticəsində şanlı türk ordusunun hərbi qulluqçularının həlak olması və yaralanması xəbəri məni dərindən kədərləndirdi.

Həlak olanlara uca Allahdan rəhmət diləyir, onların ailələrinə dərin hüznlə başsağlığı verir və səbr diləyirik. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm.

Allah rəhmət eləsin”.

Kateqoriya üzrə digər xəbərlər

Bakıda yüksək vəzifəli məmur vəfat etdi: 46 yaşında – FOTO

Admin

Firdovsi Umudovun 14 yaşlı qızından dünyaya ingilis dilində çağırış: “Bu, erməni terrorizmidir!” – VİDEO

Admin

Qarabağda keçiriləcək turlar üzrə ilk bələdçilər artıq hazırdır – RƏSMİ

Admin

Varşavada azərbaycanlı gənclərə hücum olub

Admin

Tramp Çinə qarşı sanksiya tətbiqindən imtina etdi

Admin

İraqda ağır yol qəzası, sərnişinlər avtobusda yanıb

Admin

Şərh yazın