Image default
AZƏRBAYCAN

Zakir Həsənov NATO kontr-admiralı ilə Ermənistanla sərhəddəki vəziyyəti müzakirə etdi – FOTO

Oktyabrın 12-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov NATO Müttəfiq Qüvvələrinin Əməliyyat Komandanlığının Tərəfdaşlıq İdarəsinin rəisi kontr-admiral Bülent Turan ilə görüşüb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazir qonağı salamlayaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan qələbədən sonra azad edilən ərazilərdə görülən işlər, həmçinin Ermənistan-Azərbaycan dövlət sərhədində hazırkı vəziyyətlə bağlı onlara ətraflı məlumat verib.

General-polkovnik Z.Həsənov NATO ilə əməkdaşlığın cari vəziyyətindən və bu sahədə əldə edilmiş müsbət nəticələrdən məmnunluğunu bildirərək qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb.

Kontr-admiral B.Turan Azərbaycan Ordusunun hərbi qulluqçularının Əfqanıstandakı “Qətiyyətli dəstək” qeyri-döyüş missiyasına verdiyi töhfəyə görə minnətdarlığını bildirib, mövcud hərbi əməkdaşlığın daha da genişləndirilməsinin tərəfdarı olduğunu vurğulayıb.

Görüşdə NATO ilə tərəfdaşlıq çərçivəsində keçirilən birgə tədbirlərə dair fikir mübadiləsi aparılıb.

Kateqoriya üzrə digər xəbərlər

ABŞ-ın Çikaqo şəhərində Azərbaycan bayrağı ucaldılıb – FOTO

Admin

Ceyhun Bayramovun Sergey Lavrovla təkbətək görüşü keçirilir

Admin

Hulusi Akar: “Azərbaycan və Türkiyə silahlı qüvvələri bütün tapşırıqları icra etməyə hazırdır” – VİDEO

Admin

Vilayət Eyvazovdan yeni TƏYİNAT

Admin

Milli Məclisdə növbəti büdcə müzakirələri başladı

Admin

Hava nə vaxt düzələcək? – AÇIQLAMA

Admin

Şərh yazın