Image default
TEXNOLOGİYA

“YouTube” bloqerləri vergi ödəyəcəklər

ABŞ-ın “Google” şirkəti “YouTube” videoplatformasından istifadə edən bloqerlərin vergiyə cəlb olunacağını bildirib.

Müvafiq məlumat şirkətin rəsmi saytında dərc olunub.

Məlumata əsasən, “YouTube” istifadəçiləri öz videolarının ABŞ sakinləri tərəfindən izlənilməsi və bunun müqabilində əldə etdikləri gəlirlərdən vergi ödəyəcəklər.

Verginin cari ilin iyun ayından etibarən tətbiq olunacağı bildirilir.

“Google” şirkətindən verilən məlumata görə, videoplatformanın gəlir qazanan bütün istifadəçiləri mayın 31-dən gec olmayaraq “AdSense”dəki vergi məlumatlarını doldurmalıdırlar.

Əks halda, onların təkcə ABŞ yox, bütün ölkələr üzrə əldə etdikləri gəlirlərdən 24% vergi tutulmağa başlanılacaq.

Kateqoriya üzrə digər xəbərlər

ÜST-dən iddia: Çin COVID-19 barədə ilk məlumatları verməkdən imtina etdi

Admin

“Expressbank” Ani Ödənişlər Sisteminə qoşuldu

Admin

Wings for Life World Run nədir?

Admin

Azərbaycanda tanınmış portal fəaliyyətini dayandırdı

Admin

Toyda iştirak edəcək qonaqların sayı “icaze.e-gov.az” portalına daxil ediləcək

Admin

Ölkədə göstərilən informasiya və rabitə xidmətlərinin dəyəri açıqlandı

Admin

Şərh yazın