Image default
HADİSƏ / CİNAYƏT İQTİSADİYYAT

Yevlax bazarı ilə bağlı araşdırmalara başlanıldı – FOTO

Yevlax şəhərinin, Füzuli küçəsində fəaliyyət göstərən hüquqi şəxs “Yevlax-Mərkəzi Bazar” ASC-yə məxsus ərzaq məhsullarının satışı bazarında yoxlama keçirilib.

Bu barədə  Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, yoxlama zamanı bazarın qida təhlükəsizliyi baxımından dövlət qeydiyyatına alınmadığı, satışa çıxarılan heyvan mənşəli məhsulların baytarlıq ekspertizasından keçirilmədiyi, temperatur rejiminə və sanitar-gigiyena qaydalarına əməl olunmadığı, bazar ərazisində antisanitar şəraitdə, baytarlıq ekspertizası aparılmadan quşların kəsiminin, həmçinin mənşəyi məlum olmayan turşuların satışının həyata keçirildiyi, ərzaq satışı mağazalarında mal qonşuluğu prinsipinin pozulduğu müəyyən olunub.

Eyni zamanda, qida məhsulları ilə birbaşa təmasda olan şəxslərin ilkin və dövri olaraq tibbi müayinədən keçmədiyi, vaxtaşırı olaraq dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı məlum olub. Laborator müayinələrin aparılması üçün baytarlıq ekspertizasından keçməmiş nehrə yağı adı altında satışa çıxarılan məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

Aparılmış müayinələr nəticəsində nehrə yağının istehsalı zamanı bitki mənşəli yağlardan istifadə edildiyi aşkar edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Kateqoriya üzrə digər xəbərlər

Bakıda metronun qarşısında gənc qızdan qorxunc əməl – Oğlanı və özünü…

Admin

Bakıda dəhşətli hadisə: Kişi keçmiş arvadını və iki uşağını bıçaqladı

Admin

Bakıda külli miqdarda oğurluq edilən ev Cəlal İsayevə məxsusdur – AÇIQLAMA

Admin

Azərbaycanda 24 yaşlı qıza qarşı QANLI CİNAYƏT

Admin

Sabunçuda evdə yanğın baş verdi

Admin

Rusiya-Gürcüstan sərhəddində qalmaqal

Admin

Şərh yazın