Image default
HADİSƏ / CİNAYƏT

“Yeni Klinika”nın direktoru və digər şəxslərin cinayət işi məhkəməyə göndərilib

“Yeni Klinika” Publik Hüquqi Şəxsin direktoru Pərviz Abbasov və digərlərinin qanunsuz əməllərinə dair cinayət işi üzrə istintaq yekunlaşdırılıb.

Baş Prokurorluqda aparılan istintaq-əməliyyat tədbirləri ilə Pərviz Abbasovun həmin vəzifədə işləyərkən Qalib Nəcəfov, Vüsalə Əliyeva, Əvəz Hüseynov və Samir Mirzəyevin köməkliyi ilə COVID-19 xəstəliyindən əziyyət çəkən ayrı-ayrı şəxslərin stasionar qaydada müalicə olunmalarının təmin olunması məqsədilə rəhbərlik etdiyi tibb müəssisəsinə yerləşdirilməsi müqabilində onların yaxınlarından hər bir xəstə üçün 3000-4500 manat məbləğində pul vəsaiti alaraq aralarında bölüb şəxsi ehtiyaclarına sərf etmələrinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Pərviz Abbasov və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 32.5, 311.3.2-ci (təkrar rüşvət almaya köməklik etmə) maddələri ilə yekun ittiham elan edilib.

30 iyun 2021-ci il tarixdə cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Kateqoriya üzrə digər xəbərlər

Sabirabadda dəhşətli hadisə – 12 yaşlı uşaq öldü

Admin

Tovuz polisindən əməliyyat: Saxlanılanlar var – FOTO

Admin

Bakıda kişi barışığa gələn keçmiş kürəkəninə balta ilə hücum etdi

Admin

Sumqayıtda kişi qısqandığına görə keçmiş arvadını bıçaqlayaraq öldürdü – VİDEO

Admin

Dəfndə dava edən qohumlar meyitdən əvvəl qəbirə girdilər – VİDEO

Admin

Bakıda beş nəfər köməksiz qaldı

Admin

Şərh yazın