Image default
HƏRBİ

Xocavənddə TƏXRİBAT: Azərbaycan hərbçiləri HƏRƏKƏTƏ KEÇDİ

Qarabağdakı rus sülhməramlı kontingentinin nümayəndələri Ermənistandan gələn 100-ə yaxın zəvvarın Amaras monastırına səfərini təmin edib.

Xocavənddə yerləşən monastrı Qarabağın digər ərazilərində yaşayan ermənilər, eləcə də Ermənistan və digər ölkələrdən olan zəvvarlar ziyarət ediblər.

Sülhməramlılar ziyarətçilər ora gələrkən, Amaras monastır kompleksini ziyarət edərkən və kilsə ibadətləri zamanı erməniləri müşayiət ediblər.

“Rus sülhməramlıları Amaras monastır kompleksinə gələn zəvvarların təhlükəsizliyini təmin edirlər. Bu ziyarətgah bizim nəzarət etdiyimiz ərazidə yerləşir, ona görə də sülhməramlıların iştirakı zəruridir ” – deyə Rusiya sülhməramlı kontingentinin nümayəndəsi Aleksandr Korolev bildirib.


Bununla yanaşı, Ermənistanın “Hraparak” nəşri rus generalın məbədin üzərinə erməni bayrağının asılmağını əmr etdiyini yazıb: “Dünən “Artsax”ın Martuni bölgəsinin Maçkalaşen icması ərazisindəki Azərbaycan hərbçiləri irəliləyərək neytral zonada mövqe tutublar. Sakinlərin və icma başçısının atdığı addımlar nəticəsində hadisə yerinə gələn rus sülhməramlıları azərbaycanlılarla aparılan danışıqlardan sonra onları əvvəlki vəziyyətlərinə qaytarmağı bacarıblar. Ancaq Azərbaycan hərbçiləri şərt qoyublar: Amaras məbədində “Artsax” bayrağı endirilməlidir”.

Söhbət Azərbaycan Respublikasının Xocavənd rayonunun Cütçü kəndi yaxınlığındakı qədim xristian türk babalarımıza məxsus olmuş Amaras məbədindən gedir. 10 noyabr üçtərəfli razılaşmasından bəri Cütçü kəndi kimi Amaras məbədi də müvəqqəti olaraq Rusiyanın rəsmən sülhməramlı hərbi birləşməsinin nəzarətinə verilib. Lakin o gündən bəri Azərbaycan tərəfi bir neçə dəfə sözügedən monastır üzərindəki əski parçasını endirməyə nail olsa da, separatçılar onu yenidən asıblar.

Cütçü kəndinin qanunsuz “icma rəhbəri” Lernik Avanesyan dünən Azərbaycan Ordusu tərəfindən əski parçasının endirilməsi tələbinin irəli sürüldüyünü təsdiqləyib. O, eyni zamanda hadisə yerinə gəlmiş adı çəkilməyən rus generalının da erməni hərbçilərə üzdəniraq “bayrağı” endirməyi və yerinə Ermənistan bayrağını asmağı əmr etdiyini eşitdiyini söyləyib… “Hələ oraya getməmişəm, bilmirəm, Azərbaycan hərbçiləri öz yerlərinə çəkiliblər, yoxsa yox. Amma rus generalın belə şeylər dediyini eşitdim” – deyə L.Avanesyan .

Kateqoriya üzrə digər xəbərlər

Füzulinin azad edilməsi düşmənin tam məğlubiyyətinin təsdiqidir – Vilayət Quliyev

Admin

Tərxis edilmiş şəxslərdən Müdafiə Nazirliyinə neçə müraciət daxil olub?

Admin

Ordumuzun raket və artilleriya bölmələri HƏRƏKƏTƏ KEÇDİ – VİDEO

Admin

Vətəni əmanət etdiyimiz əsgərimizin beş azyaşlı övladı çətinliklə üz-üzədir – FOTO

Admin

Türk ordusunun gəlişi: Bakı nəyə hazırlaşır?

Admin

Azərbaycanda hərbi birliklərdə yoxlamalar: Nöqsanlara yol verən vəzifəli şəxslər cəzalandırıldı – RƏSMİ

Admin

Şərh yazın