Image default
HADİSƏ / CİNAYƏT

Xəzinə axtaran dörd kişi mağarada öldü

Yunanıstanda xəzinə axtaran dörd kişi qədim Loutraki şəhəri yaxınlığında yerləşən mağaraların birində həyatını itirib. Ölənlərin 34-50 yaş arasında olduqları bildirilir.

“RİA Novosti” xəbər verir ki, məlumatı yerli “Loutraki365” agentliyi yayıb.

“Ölümün dəqiq səbəbi hələlik məlum deyil. Ən çox ehtimal olunan ssenari xəzinə axtaran şəxslərin partlayıcı qurğudan istifadə edərkən faciəvi şəkildə həlak olmasıdır. Onlardan bəzilərinin əlində partlayıcı qurğunun məftilləri aşkar olunub”, –  agentliyin yaydığı xəbərdə qeyd edilib.

Loutraki şəhəri Yunanıstanın paytaxtı Afinadan 90 kilometr aralıda, Korinf körfəzinin sahilində yerləşir. Şəhər termal sularla zəngindir.

Kateqoriya üzrə digər xəbərlər

Bakıda külli miqdarda oğurluq edilən ev Cəlal İsayevə məxsusdur – AÇIQLAMA

Admin

Ağdamda dəhşətli hadisə: ölən var

Admin

Ombudsmandan Şuşada meşələrin ağ fosforla yandırılması ilə bağlı HƏYƏCAN TƏBİLİ

Admin

Göyçayda qəbirin hasarını söküb oğurladı

Admin

Sumqayıtda dənizdən meyit çıxarıldı

Admin

Avtomobilin vurduğu piyada hadisə yerində ölüb – VİDEO

Admin

Şərh yazın