Image default
DÜNYA

Xəstəxanadan çıxan ABŞ-ın sabiq prezidenti səhhətindən danışdı – FOTO/VİDEO

ABŞ-ın keçmiş prezidenti Bill Klinton xəstəxanadan çıxdıqdan sonra özünü yaxşı hiss etdiyini bildirib.

Bu barədə o, öz “Twitter” hesabında məlumat verib.

Keçmiş dövlət başçısının sözlərinə görə, evdə olduğu üçün çox xoşbəxtdir və payız havasından zövq alır.

“Sağalıram”, – deyə o, əlavə edib.

Qeyd edək ki, kadrlarda 75 yaşlı Klintonun arıqlasa da, gümrah görünüb.

Klinton hər kəsə bədənini dinləməyə və qayğı göstərməyə çağırıb.

“Hər birimiz həyatda və yaxın gələcəkdə əhəmiyyətli rol oynamalıyıq. Öz növbəmdə, əlimdən gəldiyi qədər burada qalmağa çalışacağam və bacardığım qədər yaxşılıqlara davam edəcəyəm”, – deyə keçmiş prezident vurğulayıb.

Xatırladaq ki, Klinton oktyabrın 15-də xəstəxanaya yerləşdirilib. Ona qanın zəhərlənməsi ilə nəticələnın sidik yolu infeksiyası diaqnozu qoyulmuşdu.

Klinton 1993-2001-ci illərdə ABŞ-ın dövlət başçısı olub. O, Demokrat Partiyasından seçilmişdi.

 

Kateqoriya üzrə digər xəbərlər

Xarici ölkələrdə yaşayan azərbaycanlıların BƏYANATI

Admin

Peskov: “Rusiya KTMT-yə görə Qarabağ qarşısında yox, Ermənistan qarşısında öhdəlik daşıyır”

Admin

Qeyri-adi burunlu it internet ulduzuna çevrildi – FOTO

Admin

Şahzadə Harrinin həyat yoldaşı: “İntihar etmək fikrinə düşmüşdüm”

Admin

Rusiyadan SENSASİON AÇIQLAMA: Türkiyə ilə birgə…

Admin

Dünyanın ən varlı adamı dəyişdi – 188,5 milyard dollar sərvəti var

Admin

Şərh yazın