Image default
HADİSƏ / CİNAYƏT SƏHİYYƏ

Xəstələrdən pul alan həkimlə bağlı YENİ XƏBƏR

Xəbər verildiyi kimi, Sabirabad Rayon Mərkəzi Xəstəxanasının İnfeksion şöbəsinin müdiri, koronavirus xəstələrinin müayinə və müalicələri üzrə koordinator həkim Əliyev Fazil Məhərrəm oğlunun qanunsuz əməlləri barədə Sabirabad rayon prokurorluğuna daxil olmuş vətəndaş müraciətləri əsasında Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Sabirabad rayon Prokurorluğundan   bildirilib ki, ibtidai istintaqla Fazil Əliyevin koronavirus infeksiyasına (COVİD-19) yoluxmuş şəxslərin qeyd edilən xəstəxanaya yerləşdirilərək müalicə olunmaları üçün ayrı-ayrı xəstələrdən ümumilikdə 1000 ABŞ dolları və 1800 manat məbləğində pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Fazil Əliyevə Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma- təkrar törədildikdə) maddəsi ilə ittiham elan edilmiş və cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Kateqoriya üzrə digər xəbərlər

Həkim koronavirus xəstələrində əsas riski açıqladı

Admin

Azərbaycanda vəzifəli şəxs bıçaqlandı

Admin

Balakən sakinindən narkotik götürüldü – FOTO

Admin

Bakıda axtarışda olan şəxs silahla saxlanıldı

Admin

Oğurluq üstündə tutulan şəxs həyatının ŞOKUNU YAŞADI: təxliyəsini xəbər vermədilər və…

Admin

Azərbaycanda daha altı nəfər koronavirusdan vəfat etdi: 338 yeni yoluxma – FOTO/VİDEO

Admin

Şərh yazın