Image default
İDMAN

WKF prezidentindən Rafael Ağayevə təbrik: “Sən bu tarixin bir hissəsi oldun” – FOTO

Ümumdünya Karate Federasiyasının (WKF) prezidenti Antonio Espinos Olimpiya mükafatçısı Rafael Ağayevə məktub göndərib.

İspaniyalı qurum rəhbəri Rafaeli Olimpiya medalçısı olması münasibəti ilə təbrik edib.

O həmçinin bildirib ki, Tokio Olimpiadasında karate tarix yazıb və Rafael də mükafatçı kimi bu tarixin bir hissəsi olub. Antonio Espinosun sözlərinə görə, o, karatenin Olimpiya Oyunlarının proqramında daimi idman növü kimi qalması üçün əlindən gələni edəcək.

Qeyd edək ki, beşqat dünya çempionumuz Rafael Ağayev Tokio Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb.

 

Kateqoriya üzrə digər xəbərlər

“Qəbələ”nin legioneri Azərbaycanı tərk etdi

Admin

Tokio-2020-nin ilk qızıl medalçısı bəlli oldu – FOTO

Admin

İşdən çıxarılmış məşqçi: “Bankdan götürdüyüm kreditim belimdədir” – MÜSAHİBƏ

Admin

Rəşad Sadıqov: “İngilis dilini mükəmməl şəkildə öyrənmək istəyirəm”

Admin

Millimizin futbolçusu üçün mövsüm bitdi

Admin

Azərbaycanı Paralimpiya Oyunlarında səkkiz idmançı təmsil edəcək – RƏSMİ

Admin

Şərh yazın