Image default
TEXNOLOGİYA

“WhatsApp”da yeni funksiya istifadəyə verilir: Fayllar avtomatik silinəcək

Android”lər üçün “WhatsApp”da yeni funksiya istifadəyə veriləcək.

“WABetaInfo” portalı məlumat verir ki, tezliklə yalnız bir dəfə baxa bilmə funksiyası olan faylları göndərmək mümkün olacaq.

Belə ki, istifadəçilər artıq “Bir dəfə bax” işarəsi ilə mesaj göndərə biləcəklər.

Alıcı şəkil və ya videonu qəbul edib bağladıqdan sonra həmin fayl yazışmadan silinəcək.

Eyni zamanda, həmsöhbətin göndərdiyi birdəfəlik baxış üçün nəzərdə tutulan foto və ya videonun ekran görüntüsünü çəkmək də mümkün olacaq.

Bu funksiya ilk olaraq messencerin “Android” platformasında işə salınıb ​​və daha sonra “iPhone” istifadəçiləri üçün təqdim ediləcək.

Kateqoriya üzrə digər xəbərlər

İqtisadiyyat Nazirliyindən Vatsapla bağlı VACİB AÇIQLAMA

Admin

Votsap hesabları siləcək? – Feysbukdan REAKSİYA

Admin

Həmsöhbətin “WhatsApp”dan sildiyi mesajların oxunma üsulu açıqlanıb

Admin

Azərbaycanda SMS-icazə ləğv edilir – RƏSMİ

Admin

“WhatsApp” istifadəçilərinə ciddi XƏBƏRDARLIQ

Admin

Vətəndaşların DİQQƏTİNƏ: Fevralın 12-də saat 09:30-dan 12:30-dək…

Admin

Şərh yazın