Image default
TEXNOLOGİYA

“WhatsApp” istifadəçilərinin NƏZƏRİNƏ: Çoxdan gözlənilən funksiya əlavə olundu – FOTO/VİDEO

“WhatsApp” yoxa çıxan foto və videoları göndərmə funksiyasını işə salıb.

Bu barədə şirkətin nümayəndələri məlumat yayıb.

İstifadəçilər “Bir dəfə bax” seçimindən istifadə edərək foto və video göndərə biləcəklər. Alıcı onları yalnız bir dəfə görəcək və bundan sonra fotolar avtomatik olaraq silinəcək.

 

Bənzər xüsusiyyət artıq “Instagram”da işləyir: alıcı şəkilə və ya videoya baxmaq üçün düyməni basır, video və ya şəkil bağlandıqdan sonra görüntü artıq əlçatan olmur.

“WhatsApp” xəbərdarlıq edir ki, bu funksiya şəkil və ya videoların “screenrecorder” (ekran yazıcıdan) istifadə edənlər tərəfindən yazılmayacağına zəmanət vermir.

Smartfonlar üçün “Bir dəfə bax” seçimi növbəti messencer yeniləməsində əlçatan olacaq.

 

Kateqoriya üzrə digər xəbərlər

“WhatsApp”da yeni funksiya istifadəyə verilir: Fayllar avtomatik silinəcək

Admin

“WhatsApp”ın yeni istifadə qaydaları qüvvəyə minib

Admin

Azərbaycanda ən çox hansı sosial şəbəkələrə maraq olub? – STATİSTİKA

Admin

Məhkumların elektron nəzarət vasitəsindən istifadə ilə bağlı Baş nazirdən QƏRAR

Admin

“WhatsApp” istifadəçiləri məlumatları “Faсebook”la paylaşmalı olacaqlar

Admin

Azərbaycanda SMS-icazə ləğv edilir – RƏSMİ

Admin

Şərh yazın