Image default
TEXNOLOGİYA

Vatsapda YENİLİK: sadəcə bir dəfə…

Vatsap “İCloud Drive” ehtiyatına icazəsiz girişin qarşısını almaq üçün addım atıb.

İstifadəçilər bundan sonra gələcək ehtiyat nüsxələri şifrələmək üçün istifadə olunacaq yeni şifrə təyin edə biləcək.

“WABetaInfo” bu yenilik barədə ötən il məlumat versə də, bu gün iOS və “Android” əməliyyat sistemlərində necə işləyəcəyinə dair ekran görüntülərini paylaşıb.

Tətbiq ehtiyat nüsxələrin çıxarılmasından sonra istifadəçidən telefon nömrəsini təsdiqləməsini və ən azı 8 simvol uzunluğunda bir şifrə seçməsini istəyəcək. Vatsap unudulmuş şifrələri bir daha bərpa edə bilməyəcəyi barədə xəbərdarlıq da edir.

Hazırda Vatsapda söhbətlər şifrələnir və yalnız göndərənlə göndərilən tərəfindən görünə bilir. Lakin xidmət bu mühafizənin “Google Drive” və “iCloud”da saxlanılan onlayn ehtiyatlara tətbiq olunmayacağı barədə xəbərdarlıq edir.

Şifrəli nüsxələr nəzəri olaraq hər kəsin sizin izniniz olmadan söhbət tarixçənizə girişinin qarşısını alacaq.

Kateqoriya üzrə digər xəbərlər

Xəbəriniz olmadan evinizdə sizi KİMLƏR İZLƏYİR? – Ekspert ŞOK DETALLARI AÇDI

Admin

Kartınızdan pullar bu cür oğurlana bilər

Admin

“Telegram” yazışmanın başqası tərəfindən necə oxuna biləcəyini açıqlandı

Admin

“Könüllülər ili”nə həsr olunmuş poçt markası hazırlanıb – FOTO

Admin

Məhkumların elektron nəzarət vasitəsindən istifadə ilə bağlı Baş nazirdən QƏRAR

Admin

“iOS14″ün buraxılış tarixi bəlli oldu – YENİLİKLƏR GƏLİR

Admin

Şərh yazın