Image default
SƏHİYYƏ

Vaksinlər sonsuzluq yaradırmı? – Professor İLKİN NƏTİCƏLƏRİ açıqladı

Rusiya Səhiyyə Nazirliyinin qadınların reproduktiv sağlamlığı üzrə baş müstəqil mütəxəssisi, professor Nataliya Dolquşina koronavirus infeksiyasına qarşı peyvəndlərin kişi və qadınların reproduktiv sisteminə təsiri barədə araşdırmanın ilkin nəticələrindən danışıb.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, tədqiqatda istifadə edilən “Sputnik V” vaksininin insanlarda sonsuzluq yaratmaq riski və hər hansı mənfi təsiri müşahidə edilməyib.

Professor mediaya verdiyi müsahibədə bildirib ki, mütəxəssislər artıq 99 nəfərin – 45 kişi və 54 qadının məlumatlarını analiz edib və onlarda heç bir qüsur tapılmayıb.

Ümumilikdə, tədqiqatda 200 yetkin kişi və 200 yetkin qadın iştirak edib. Birinci növbədə qadınlarda yumurtalıq ehtiyatı qiymətləndirilir, immunitet statusu və qandakı antikorların səviyyəsi araşdırılır, uşaqlığın ultrasəs müayinəsi aparılır, kişilərdə isə spermatogenez parametrləri. Bundan sonra koronavirus peyvəndi vurulur və eyni göstəricilər üç ay sonra qiymətləndirilir.

Dolquşinanın sözlərinə görə, peyvəndlə əlaqədar problemlərin sonradan yarana biləcəyini düşünmək üçün heç bir səbəb yoxdur.

Kateqoriya üzrə digər xəbərlər

Bu qidaları çayla içmək təhlükəlidir

Admin

Azərbaycanda daha səkkiz nəfər koronavirusdan öldü: 792 yeni yoluxma – FOTO

Admin

Məşhur həkimdən toylarla bağlı KƏSKİN SÖZLƏR: Qızın gəlinlik paltarı geyinməsi az qala…

Admin

Azərbaycanda bu kənddə koronavirusa KÜTLƏVİ YOLUXMA: İki qardaş öldü

Admin

Rusiyada koronavirusdan ölüm sayı rekord həddə çatıb

Admin

Siyəzəndə xarici ölkə vətəndaşı yol qəzasında ağır xəsarət aldı

Admin

Şərh yazın