Image default
HADİSƏ / CİNAYƏT

Vətəndaşlardan bank kartlarının nömrələrini soruşan dörd nəfər saxlanıldı – FOTO

Bir müddətdir sosial şəbəkədə özlərini banklardan birinin əməkdaşı kimi təqdim edən şəxsin bank müşatərilərinə yazdığı mesajlar gündəm olub.

Özlərini bank əməkdaşı kimi təqdim edən şəxs və ya şəxslər yerli və xarici nömrələr vasitəsilə bank müştərilərinə yazaraq onlardan kart nömrələrini və PİN kodlarını istəyiblər. Online sorğu adı ilə yazdıqları şəxslər arasında isə buna aldananlar da var. Məsələ ilə bağlı sosial şəbəkədə paylaşılan məlumatların sayı günbəgün artıb.

Bununla əlaqədar şikayətləri nəzərə alan Daxili İşlər Nazirliyi (DİN) məsələ ilə bağlı ciddi tədbir görüb.

Belə ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Oxu.Az-a açıqlamasında deyib ki, yayılan məlumatla əlaqədar DİN tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə çoxsaylı vətəndaşa qarşı dələduzluq əməlində şübhəli bilinən 4 nəfər müəyyən olunaraq saxlanılıb:

“Hazırda digərlərinin də müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir”.

 

Kateqoriya üzrə digər xəbərlər

Bakıda FİLM KİMİ ƏMƏLİYYAT: 86 kq narkotik belə ələ keçirildi – ANBAAN VİDEO

Admin

Bakıda qadın özünü binadan atdı

Admin

Əfqanıstanda cinayətkarların əlləri kəsiləcək

Admin

Xaçmazda kişi krandan yıxılaraq ölüb

Admin

Keçmiş icra başçısının evində intihar: Gözətçi özünü güllələdi

Admin

Qubada avtomobil oğurlayan şəxs saxlanılıb – FOTO

Admin

Şərh yazın