Image default
HƏRBİ

Vətən müharibəsində itkin düşmüş iki hərbçimizin şəhid olduğu müəyyənləşdi – RƏSMİ

Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşmüş daha iki hərbi qullquçusunun meyiti tapılıb.

Bu barədə  Respublika Hərbi Prokurorluğunun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 2020-ci il noyabrın 10-da üçtərəfli bəyanat imzalandıqdan sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin itkin düşmüş hərbi qulluqçularının tapılaraq, şəxsiyyətlərinin müəyyən olunmaqla doğmalarına təhvil verilməsi istiqamətində intensiv əməliyyat-istintaq hərəkətləri həyata keçirilib, həmin xüsusat Azərbaycan Respublikası Baş Prokurorluğunun və Respublika Hərbi Prokurorluğunun rəhbərliyi tərəfindən nəzarətə götürülüb.

“Dövlət Təhlükəsizliyi Xidmətinin və Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə intensiv həyata kecirilmiş əməliyyat-istintaq tədbirləri, Müdafiə və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşlarından ibarət axtarış qrupları tərəfindən bu istiqamətdə aparılmış müntəzəm iş nəticəsində itkin düşmüş hərbi qulluqçularımızın axtarılaraq tapılması, şəxsiyyətlərinin müəyyən olunaraq meyitlərinin aidiyyəti üzrə təhvil verilməsi təmin olunub.

Bundan əvvəl verilmiş məlumatlara əlavə olaraq bildirilir ki, itkin düşmüş daha iki hərbi qulluqçunun – müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Həsrətov Elməddin Sərdar oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Yunisli Elşən Fazil oğlunun meyitləri tapılaraq, şəxsiyyətləri müəyyən edilməklə aidiyyəti üzrə verilməsi üçün zəruri tədbirlərin görülməsi təmin olunub.

İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə əməliyyat-istintaq tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır”, – deyə bildirilib.

Kateqoriya üzrə digər xəbərlər

SON DƏQİQƏ: Müdafiə Nazirliyi TƏCİLİ MƏLUMAT YAYDI – Xeyli erməni məhv edildi, ŞƏHİD VAR – VİDEO

Admin

Ali Baş Komandan: “Azərbaycan tərəfi bütün bunlara layiqli cavab verəcək”

Admin

ABŞ-dan İrana qarşı gərginliyi artıracaq SƏRT QƏRAR: Daxili işlər naziri və ailəsi… – FOTO

Admin

Rusiya Qarabağ razılaşmasını pozdu: Gözlənilməz dəyişiklik – Türkiyədən SENSASİYA

Admin

Döyüşdə bir ayağını itirən 23 yaşlı Abbas coşqu ilə qarşılandı – FOTO

Admin

Ombudsman atəşə məruz qalmış ərazidə faktaraşdırıcı missiya həyata keçirir – FOTO

Admin

Şərh yazın