Image default
HƏRBİ

Vətən müharibəsi şəhidi Məmmədağa İmanovla vida mərasimi keçirilir – FOTO

Vətən müharibəsinin şəhidi Məmmədağa İmanovla Neftçala rayonunda vida mərasimi keçirilir.

Şəhid hərbçinin nəşi anadan olduğu Neftçala rayonunun Dalğa kəndinə gətirilib.

Şəhidin anadan olduğu evdə keçirilən vida mərasimində yaxınları, hərbçilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak edir.

Qeyd edək ki, İmanov Məmmədağa İqab oğlu 2001-ci ildə Neftçala rayonunun Dalğa kəndində anadan olub.

Onun Vətən müharibəsi başlayandan bir neçə gün sonra ailəsi ilə əlaqə saxladığı bildirilir. Bundan sonra ondan xəbər olmayıb, itkin kimi qeydə alınıb.

Hərbi Prokurorluğun dünən yaydığı məlumata görə, həyata keçirilmiş əməliyyat-istintaq tədbirlərinin nəticəsində itkin düşmüş daha bir hərbi qulluqçunun – əsgər İmanov Məmmədağa İqab oğlunun meyiti tapılaraq, şəxsiyyəti müəyyən edilməklə aidiyyəti üzrə verilməsi üçün zəruri tədbirlərin görülməsi təmin olunub.

Kateqoriya üzrə digər xəbərlər

Ordumuz Ağdərə istiqamətində yenidən irəlilədi – ÜÇ HƏDƏF

Admin

2783 şəhidimizin xatirəsi sabah bir dəqiqəlik sükutla yad ediləcək

Admin

Baş Prokurorluqdan erməni təxribatları nəticəsində Azərbaycana dəyən mülki zərər barədə AÇIQLAMA – FOTO

Admin

Düşmənin canlı qüvvəsini və avtomobil texnikasını məhv edən Azərbaycan əsgərini siz də tanıyın – VİDEO

Admin

Cəbrayılın işğaldan azad edilmiş daha bir kəndinin görüntüləri – VİDEO

Admin

Türkiyədə dron sürüsü HAVAYA QALXDI: 200 polis eyni anda… – FOTOLAR

Admin

Şərh yazın