Image default
HƏRBİ

Vətən müharibəsi qazisi vəzifəyə təyin edildi – FOTO

Yardımlı rayonunda Vətən müharibəsinin 23 yaşlı iştirakçısı Abbas Bünyadlıya vəzifə verilib.

Bu barədə Yardımlı Rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru Əli İskəndərov feysbukda bildirib.

Onun sözlərinə görə, rayonun Ostayır kənd sakini A.Bünyadlı icra hakimiyyəti başçısının ərazi üzrə nümayəndəsi təyin edilib.

Qeyd edək ki, A.Bünyadlı Azərbaycan Memarlıq və İnşaat Universitetini (AzMİU) bitirib.

O, Füzuli, Cəbrayıl, Hadrut, Xocavənd, Şuşa, Laçın uğrunda gedən döyüşlərdə yaxından iştirak edib. Ali Baş Komandan tərəfindən “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Kateqoriya üzrə digər xəbərlər

Pentaqon 20 dövlətdə hərbi obyektlər tikəcək

Admin

DSX generalı və Hərbi prokurorun müavini Ermənistanla sərhəddə – FOTO

Admin

Azərbaycan ərazisi Ermənistandan raket atəşinə tutulub – VİDEO

Admin

Doğum gününü heç vaxt qeyd etməyən xüsusi təyinatlı baş çavuşun həyat yolu – 40-dan çox ermənini… -VİDEOREPORTAJ

Admin

Müharibə təhlükəsi artır – Sərhədə ağır texnika yeridildi

Admin

Əfqanıstanda 135 “talibançı” öldürüldü

Admin

Şərh yazın