Image default
HƏRBİ

Vətən Müharibəsi qazisi vəfat etdi – FOTO

12 gün öncə komaya düşən Vətən Müharibəsi qazisi Zeynal Fizuli oğlu Şahhüseynov bu gün şəhid olub.

Qazi Zeynal Şahhüseynov Bakıda Respublika Neyrocərrahiyyə Xəstəxanasında dünyasını dəyişib.

Qeyd edək ki, ağır vəziyyətdə olan Masallı rayon sakini, II Qarabağ Müharibəsi qazisi Zeynal Fizuli oğlu Şahhüseynov həkimlərin məsləhəti ilə xüsusi şəraitdə Bakıya gətirilib. O, müharibə başlayandan cəbhəyə könüllü yollanıb və kəşfiyyat bölüyündə xidmət edib.

Könüllü əsgər Z.Şahhüseynov Füzuli istiqamətində gedən döyüşlərdə qəhramancasına döyüşüb və ağır yaralanıb.

Əsgər Z.Şahhüseynov döyüş zonasından çıxarılaraq Bakı Şəhər Hərbi Hospitala aparılıb. Hərbi hospitaldan təxris olunduqdan sonra ev şəraitində davamlı müalicə alan qazinin vəziyyəti orada ağırlaşıb. Daha əvvəl Lənkəran Şəhər Mərkəzi Xəstəxanasında reanimasiya şöbəsində yerləşdirilən Zeynal bu ayın əvvəlində Bakıya gətirilib.

Kateqoriya üzrə digər xəbərlər

Bərdədəki erməni terroru ilə bağlı materiallar beynəlxalq qurumlara göndəriləcək – RƏSMİ

Admin

Generalımız türkiyədə: Akarla görüşdü – Foto

Admin

Atəşkəs pozuldu, GƏRGİNLİK ARTDI: Türkiyə bu bölgəyə QOŞUN YERİDİR

Admin

Ermənistana məxsus zenit-raket kompleksinin vurulma anı – VİDEO

Admin

Murov dağı silsiləsindəki əhəmiyyətli yüksəklik azad olunub – RƏSMİ

Admin

Şəhid Niyamin Niftalızadənin məzarına azarkeşlik etdiyi Türkiyə klubunun forması qoyuldu – FOTO/VİDEO

Admin

Şərh yazın