Image default
SƏHİYYƏ

ÜST-dən QORXUNC PROQNOZ: 2022-ci ildə…

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yoxsul ölkələrin kifayət qədər peyvənddən istifadə edə bilməməsi səbəbilə COVID-19 pandemiyasının lazım olandan bir il daha uzun sürəcəyini açıqlayıb.

Bu barədə ÜST-nin yüksək səviyyəli idarəçilərindən biri Brus Elvord danışıb və bildirib ki, virus 2022-ci ildə də təsirli olacaq.

Qitələrin bir çoxunda insanların 40 faizi peyvənd olunduğu halda, Afrika qitəsində əhalinin 5 faizdən az hissəsi vaksin vurdurub.

B.Elvord dərman şirkətlərinin ən aşağı gəlirli ölkələrə üstünlük vermələri üçün zəngin dövlətləri peyvənd növbəsindəki yerlərindən imtina etməyə çağırıb: “Vaksinasiyanı sürətləndirmək lazımdır, yoxsa pandemiya lazım olduğundan bir il daha çox davam edəcək”.

“The People’s Vaccine” qeyri-hökumət təşkilatları ittifaqı dərman şirkətləri və zəngin ölkələr tərəfindən vəd edilən 7 dozadan yalnız birinin yoxsul ölkələrə çatdığını göstərən yeni məlumatlar yayımlayıb. COVID-19 peyvəndlərinin böyük əksəriyyəti yüksək gəlirli və ya orta gəlirli ölkələrdə hazırlanıb. Qlobal miqyasda tətbiq edilən dozaların yalnız 2,6 faizi Afrikada ərsəyə gətirilib.

Kateqoriya üzrə digər xəbərlər

Xəstəxanadan qaçmaq istəyən koronavirus xəstəsi eyvandan yıxıldı

Admin

Beynin işini stimullaşdıran qidalar

Admin

Mərkəzi Qan Bankı əhaliyə çağırış etdi

Admin

Azərbaycanda evində əməliyyat olunan vəkilin səhhəti pisləşdi

Admin

Azərbaycanda distant təhsilə keçən məktəbin müəllimi koronavirusdan öldü – FOTO

Admin

Həkim Bəhram Bağırzadənin vəziyyətindən danışdı: “Gözləyirik…”

Admin

Şərh yazın