Image default
TƏHSİL

Universitetlərdə müəllim və tələbələrinin neçə faizi vaksinasiyadan keçib? – SORĞU + FOTO

Ötən gün yeni tədris ilinin təşkil olunması ilə bağlı təhsil naziri Emin Əmrullayev mətbuat konfransı keçirib.

O bildirib ki, 82 faizə yaxın təhsil işçisi peyvənd olunub.

Bəs universitetlərdə çalışan təhsil işçilərinin neçə faizi vaksinasiya prosesindən keçib?

Bununla bağlı bəzi universitetlərə sorğu ünvanlayıb.

Bakı Dövlət Universitetinin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Günel Orucəliyevanın sözlərinə görə, müəllim və texniki işçilərin əksəriyyəti vaksinasiya prosesindən keçib:

“BDU-nun müəllimlərinin 90, texniki işçilərin isə 80 faizi peyvənd olunub. Eyni zamanda, universitetimizin tələbələrinin 75 faizi də vaksin vurdurub”.

Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat xidmətinin rəhbəri Günel Aslanova bildirib ki, artıq 70 faizə yaxın işçi vaksinasiya olunub:

“Hazırda bu proses davam edir. Tələbələrin vaksinasiyası prosesi ilə bağlı dəqiq məlumat yoxdur. Ali məktəbdə dərslər başlayan zaman peyvənd olunan tələbələrin sayı məlum olacaq”.

Azərbaycan Dövlət Pedaqoji Universitetin mətbuat katibi Cavid Hüseynov bildirib ki, universitetin əməkdaşlarının 80 faizdən çoxu artıq könüllü vaksinasiyadan keçib və proses davam edir:

“Qalan əməkdaşlar arasında əks göstəriş sertifikatı olan və əmək məzuniyyətində olanlar var. Tələbələrin vaksinasiyası prosesi ilə bağlı maarifləndirmə işləri aparılır və proses sürətlə gedir.

Tələbələrimizin böyük əksəriyyəti bölgələrdə yaşadığı üçün hazırda dəqiq məlumat yoxdur. Lakin müvafiq strukturlara və dekanlıqlara göstəriş verilib ki, bu barədə qısa zamanda dəqiq hesablama aparsınlar”.

Azərbaycan Texniki Universitetinin (AzTU) mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərovanın sözlərinə görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə sentyabrın 1-dən universitetə daxil olan yaşı 18-dən yuxarı bütün şəxslərdən COVID-19 pasportu tələb olunur:

“Qərar verilən kimi Azərbaycan Texniki Universitetinin tələbələrinə sözügedən məsələ ilə bağlı məlumat verilib. Qeyd edim ki, AzTU-nun müəllimləri, əməkdaşları və tələbələri Operativ Qərargahın qərarına uyğun olaraq vaksinasiya prosesində iştirak edir.

Sentyabrın 1-nə olan məlumata görə, müəllim və əməkdaşların 85 %-i, tələbələrin isə 60 %-dən çoxu vaksinasiya prosesində iştirak edib. Yeni tədris ili başlayanda bu rəqəm, əlbəttə ki, artacaq”.

Memarlıq və İnşaat Universitetinin mətbuat xidmətinin rəhbəri Nəcibə Mirzəyeva bildirib ki, müəllim və texniki işçilərin 90 faizdən çoxu peyvənd olub:

“Qalan əməkdaşlar arasında əks göstəriş sertifikatı olanlardır. Tələbələrlə bağlı dəqiq statistika yoxdur. Fakültələrdə əməkdaşlar tələbələrlə əlaqə saxlayır ki, onlar vaksin olunsunlar”.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru Bəhruz Nəzərov isə bildirib ki, müəllim və texniki işçilərin 98 faizi artıq vaksin olunub:

“Bəzi müəllim, texniki işçilərin immunitet və ya əks göstəriş sertifikatı var. İmmunitet sertifikatının vaxtı bitən şəxslər də davamlı olaraq vaksin olunur. Tələbələrin vaksin olunması ilə bağlı bizə davamlı olaraq məlumat verilir. Tələbələr arasında yaşı 18 olanlardan 70 faizi peyvənd vurdurub”.

Azərbaycan Dövlət İqtisad Universitetdən (UNEC) isə sorğumuza cavab verilməyib.

Kateqoriya üzrə digər xəbərlər

Bu gün növbəti buraxılış imtahanları keçiriləcək

Admin

Azərbaycanın dövlət saytlarına erməni və yunan hakerləri tərəfindən edilən hücumların qarşısı alınıb

Admin

Xaricə getmək istəyən və attestat alan məzunların NƏZƏRİNƏ

Admin

Müəllimlərin işə qəbul imtahanlarında bu suallar olmayacaq – AÇIQLAMA

Admin

Müəllimlərin işə qəbulu üzrə imtahanlara start verilir

Admin

Liseylərə qəbulun nəticələri açıqlandı

Admin

Şərh yazın