Image default
AZƏRBAYCAN DÜNYA

Ukraynalı ekspert: “Ermənilərə kim olduqlarını və yerlərini göstərməyinizi arzulayıram”

“Ötən il üçtərəfli bəyanatın imzalanması Qarabağda müharibəni dayandırdı. Bu, Azərbaycanın qələbəsi idi, amma bütün ziddiyyətlər həll olunmadı”.

Bu sözləri tanınmış ukraynalı hərbi müşahidəçi Aleksey Arestoviç  suallarını cavablandırarkən deyib.

“Mən bunu o zaman da demişdim, indi də təkrarlaya bilərəm. Məsələ növbəti raunda nə vaxt ehtiyac olacağındadır”, – deyə o əlavə edib.

Ekspert imzalanan müqavilənin Zəngəzur dəhlizinin açılmasını nəzərdə tutduğunu xatırladaraq, Ermənistanın bunu çox da istəmədiyini deyib.

“İrəvan müxtəlif bəhanələrlə bütün müddətləri pozurdu. Ermənistan hazırda ciddi daxili siyasi böhran yaşayır və İrəvan tərəfi bu problemi həll etməyə hazır olub-olmadığını düşünməlidir. Ancaq İrəvan istəsə belə, şərtləri dəyişə bilməyəcək. Rusiya Federasiyası da Zəngəzur dəhlizində maraqlıdır və bu da nəzərə alınmalıdır”, – deyə o vurğulayıb.

Hərbi müşahidəçi bu zonada baş verənləri Ermənistanla Rusiyanın planları arasındakı ziddiyyətlərlə izah edib.

“Moskva dəhlizin açılmasını güc yolu ilə təmin etməyə çalışır, İrəvanın isə öz planları var. Amma başqa bir hissə də var – Ermənistan və Rusiya Azərbaycanın təşəbbüslərinin qarşısını almaq və Türkiyənin təsirini məhdudlaşdırmaq istəyir. Bu qarışıqlıq “bədən hərəkətində xaosa” səbəb olur. Yenə deyirəm, təkcə Ermənistan və Rusiyanın Türkiyə və Azərbaycanla deyil, Moskva və İrəvan arasında da ziddiyyətlər var”, – deyə Aleksey Arestoviç vurğulayıb.

Ekspertin fikrincə, erməni müxalifətində revanşistlər faktorunu və işğaldan azad edilmiş Azərbaycan ərazilərinə diversantların göndərilməsini nəzərə almaq lazımdır:

“Sual yaranır: Ermənistanın yüksək rəhbərliyi güc inhisarını itirməyib ki? Həmçinin Ermənistan Müdafiə Nazirliyi və ya ayrı-ayrı hərbi hissələr Nikol Paşinyanla əlaqələndirilməyən hərəkətlər həyata keçirirlərmi? Amma hər şey Zəngəzur dəhlizinin açılışından və Moskva ilə İrəvan arasındakı bazarlıqlıqdan gedir. Ermənistan, dediyim kimi, “yenidən danışıqlar aparmaq” istəyir. Bu, şərəfsiz siyasətdir, çünki razılaşmalar var, deməli onlara əməl olunmalıdır. Lakin Ermənistan özünü tamamilə məsuliyyətsiz dövlət kimi aparır” .

Rusiyaya gəldikdə isə Aleksey Arestoviç qeyd etdi ki, məsələn, Ukraynada çox yaxşı bilirlər ki, Moskvadan razılaşmaların yerinə yetirməsini gözləmək olmaz.

“Düşünürəm ki, erməni siyasi məktəbi Rusiyanınkından çox da fərqlənmir”, – deyə o əlavə edib.

Müsahib bölgədəki vəziyyətin bundan sonrakı inkişafı ilə bağlı proqnozlarını da verib. Onun sözlərinə görə, əgər Ermənistan tərəfi artıq bu oyuna giribsə, “hüquqlarını” “onların əllərinin üstündən möhkəm vurana qədər” tələb edəcəklər.

“Və bunu 44 gündə deyil, 11 və ya 22 gündə etmək üçün hər şansınız var. İkinci raundda onlara kim olduqlarını və yerlərini göstərməyinizi arzulayıram. Ancaq bu dəfə daha sərt olmaq lazımdır ki, imzalanan müqavilələrin nə olduğunu və niyə həyata keçirilməli olduğunu başa düşsünlər”, – deyə Aleksey Arestoviç bildirib.

Kateqoriya üzrə digər xəbərlər

Fransa Azərbaycanın 15 ermənini azad etməsini alqışlayır

Admin

Ali Məhkəmədən cəbhəyə dəstək

Admin

Vüqar Səfərlinin evlərinə, bağlarına, avtomobillərinə HƏBS QOYULDU

Admin

Ermənistanda hərbi vəziyyət rejimi ləğv edildi

Admin

ABŞ-ın Meksika ilə sərhədində fövqəladə vəziyyət elan olundu

Admin

Azərbaycanda yüksək vəzifəli şəxs vəfat etdi – FOTO

Admin

Şərh yazın