Image default
TEXNOLOGİYA

Ukraynada üç telekanalın yayımı dayandırıldı

Ukraynada üç telekanalın – “NewsOne”, “ZIK” və “112 Ukrayna”nın yayımı dayandırılıb.

Bu barədə “Anadolu” agentliyi xəbər yayıb.

Bildirilir ki, müvafiq fərmanı ölkə prezidenti Vladimir Zelenski imzalayıb.

Bundan başqa medianın rəhbəri olan deputat Taras Kozaka qarşı da sanksiya irəli sürülüb.

Millət vəkilinə və kanallara qarşı tətbiq olunan sanksiyaların səbəbi, ukraynalı siyasətçi Viktor Medvedçukun keçən ilin oktyabr ayında Rusiya prezidenti ilə görüşünün yayımlanması olub. Həmin vaxt “Sputnik V” peyvəndinin Ukraynaya mümkün çatdırılması müzakirə olunub.

Ukrayna Milli Televiziya və Radio Yayımları Şurası Moskvadan canlı yayımı Ukrayna qanunlarının pozulması kimi qiymətləndirib.

Kateqoriya üzrə digər xəbərlər

Gələn ildən Android sistemi köhnə olan smartfonların bəzi saytlara girişi məhdudlaşacaq

Admin

“Expressbank” Ani Ödənişlər Sisteminə qoşuldu

Admin

Gmail qəzaya uğradı? Niyə poçt göndərilə bilmir?

Admin

Mobil Ödəmə xidməti indi “Azercell” Fakturalı Xətt abunəçiləri üçün də mümkün oldu!

Admin

“YAŞAT” Fonduna 8110 SMS vasitəsilə ianə etmək imkanı yaradıldı – VİDEO

Admin

Dünyanın ilk antibakterial smartfonu hazırlandı

Admin

Şərh yazın