Image default
HADİSƏ / CİNAYƏT

Türkiyədə fişəng fabrikində partayış olub, 2 nəfər ölüb, 73 nəfər yaralanıb – YENİLƏNİB

Türkiyəni Sakariya əyalətinin Hendek rayonunda fişəng fabrikindəki partlayış nəticəsində 2 nəfər ölüb, 73 nəfər yaralanıb.

Məlumatı Türkiyənin NTV telekanalı yayıb.

Fabrikin deposunda 110 ton partlayıcı olduğu bildirilib.

*** 14:10

Türkiyənin Sakariya əyalətinin Hendek rayonunda fişəng fabrikində baş verən partlayış nəticəsində azı 41 nəfər yaralanıb.

“Report” xəbər verir ki, məlumatı Türkiyə KİV-i yayıb.

Partlayış səsləri 50 km aralıdakı yaşayış məntəqəsində də eşidilib. Sakinlər partlayışı zəlzələ zənn ediblər.

Hadisə yerinə yanğınsöndürənlər, təcili tibbi yardım briqadaları və xilasedicilər cəlb olunub.

Fabrikdə 195 nəfər işləyir. Hadisənin səbəbi hələ ki məlum deyil.

Bildirilib ki, son 11 ildə bu həmin fabrikdə 3-cü partlayışdır. 2009-cu ildə baş verən ilk hadisə nəticəsində bir nəfər ölmüş, 37 nəfər yaralanmışdı. İkinci hadisə 2014-cü ilin dekabrında olub. Nəticədə bir fəhlə ölmüş, 2 fəhlə yaralanmışdı.

Kateqoriya üzrə digər xəbərlər

DİN-in idarə rəisi koronavirusdan öldü

Admin

Neftçalada qan töküldü

Admin

Sürücü əli ilə saxlamaq istədiyi yük maşınının altında qalıb öldü – ANBAAN VİDEO

Admin

Hacıqabulda yanğın olub

Admin

Bakıda neft quyusunda GÜCLÜ YANĞIN – VİDEO

Admin

Daşkəsəndə iki tondan çox narkotik vasitə məhv edildi

Admin

Şərh yazın