Image default
HƏRBİ

Türkiyə və Azərbaycan hərbçiləri Kabilda çiyin-çiyinə – Qürurlandıran GÖRÜNTÜLƏR

Azərbaycan və Türk əsgərləri Kabildəki Həmid Kərzai Beynəlxalq Hava Limanında və onun ətrafında “bir millət, iki dövlət” şüarı ilə çiyin-çiyinə fəaliyyət göstərirlər.

iki ölkənin hərbçiləri hava limanında və ətrafındakı türklərin təxliyəsi üçün koordinasiyalı olaraq çalışırlar.

Hava limanının təhlükəsizliyi üçün 24 saat keşik çəkən Azərbaycan əsgərləri Türkiyə təhlükəsizlik qüvvələri ilə birlikdə ehtiyacı olanlara kömək əlini uzadır.

Azərbaycanlı hərbçi Anaz Babayev “Əfqanıstanda vəzifəmizin başındayıq. Türk qardaşlarımızla birlikdə çalışırıq. Onlara kömək edirik”, – deyə qeyd edib.

Təxminən bir ay Kabildə olduqlarını söyləyən Səxavət Kazımov “Türk əsgərləri ilə eyni bölgədə xidmət edirik. Ailəmə və bütün əsgər ailələrinə salam deyirəm. Hər şey çox yaxşıdır. İnşallah sağ-salamat ölkəmizə qayıdacaq”, – deyib.

Kateqoriya üzrə digər xəbərlər

Daha bir hərbçimizin nəşi tapıldı

Admin

Düşmən Tərtərdə avtovağzala top atdı: Ölən var – RƏSMİ

Admin

Erməni təxribatı nəticəsində ölənlərdən üçü uşaq olub – RƏSMİ

Admin

ABŞ Əfqanıstandakı hərbçilərinin sayını azaldır

Admin

Düşmən mövqelərində xaos: Hərbçilərin yaxınları yolu bağlayır, silahı yerə qoymağı tələb edirlər – RƏSMİ

Admin

Ermənistan ordusuna məxsus silah-sursat anbarı məhv edildi – VİDEO

Admin

Şərh yazın