Image default
AZƏRBAYCAN DÜNYA

Türkiyə Prezidenti Azərbaycana səfəri barədə DANIŞDI

Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana baş tutacaq növbəti səfəri və Füzuli hava limanının açılışındakı iştirakına dair yeni açıqlamalar verib.

“HaberGlobal” xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan jurnalistlərin suallarını Afrika səfərindən qayıdarkən cavablandırıb.

“Oktyabrın 26-da Azərbaycana səfərim olacaq. Səfər proqramında Bakıda olmaq nəzərdə tutulmayıb, amma Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edəcəyəm”, – deyə Türkiyə Prezidenti vurğulayıb.

Türkiyə Prezidenti əlavə edib ki, səfər çərçivəsində Qarabağda bir neçə magistral yolun açılışında iştirak edəcək və kənd təsərrüfatı sahəsində görülən bəzi işlərlə tanış olacaq.

Kateqoriya üzrə digər xəbərlər

Sumqayıtın sabiq başçısının ailəsində AĞIR İTKİ

Admin

Mövlud Çavuşoğlu Azərbaycana gələcək

Admin

Varşavada azərbaycanlı gənclərə hücum olub

Admin

Leninin mumiyasını bir milyard dollara ALMAQ İSTƏYİR

Admin

Deputat: “Jirinovskinin davranışları Rusiya-Azərbaycan münasibətlərinə zərər vurmaq məqsədi daşıyır”

Admin

Adnan Oktara 1075 il həbs cəzası verilib

Admin

Şərh yazın