Image default
DÜNYA HADİSƏ / CİNAYƏT

Türkiyə kəşfiyyatçılarının uğurlu əməliyyatlarına 2,5 milyard lirə xərclənib

Türkiyənin Milli Kəşfiyyat İdarəsi (MİT) koronavirus epidemiyasının kölgəsində keçən 2020-ci ildə beynəlxalq arenada şəklini dəyişən təhdidlərə qarşı uğurlu işlərə imza atıb. Bu fəaliyyətlər zamanı təşkilat təqribən 2,5 milyard lirə (568 359 000 AZN) xərcləyib.

“Hürriyet”in məlumatına görə, bu barədə MİT rəhbəri Hakan Fidan bəyan edib.

“Təşkilatımız 2020-ci ildə münaqişə bölgələrində ölkəmizin milli maraqlarına uyğun olaraq əməliyyatlar keçirib, xarici kəşfiyyat sahəsindəki təsirini artırıb, terrorizmlə mübarizəni beynəlxalq səviyyədə icra edib, ölkəmizə qarşı casusluq fəaliyyətlərini ifşa edib”, – deyə hesabatda vurğulanıb.

Sənəddə MİT-in fəaliyyəti ilə bağlı detallar olmayıb, lakin xərclər barədə qısaca məlumat verilib.

Kateqoriya üzrə digər xəbərlər

Trampın impiçmenti barədə ittihamnamə Senata təqdim olunub

Admin

Qəbələdə dağlıq ərazidə yanğın başlayıb: Helikopterlər cəlb edildi

Admin

Piyadanı öldürüb qaçan sürücü tutuldu – FOTO

Admin

Prezidentdən ŞOK XƏBƏRDARLIQ – Yeni QARŞIDURMA OLACAQ

Admin

Dünyanın nüfuzlu şəbəkəsi: İrəvanın xarici borcu…

Admin

D.Savelyev: “Yeganə yol Ermənistanın qeyd-şərtsiz işğal altındakı torpaqlardan çəkilməsidir”

Admin

Şərh yazın