Image default
DÜNYA HƏRBİ

Türkiyə İran sərhədinə QOŞUN YERİTDİ: 20 min əsgər, PUA-lar…

Türkiyə Əfqanıstanda “Taliban”ın irəliləməsi səbəbindən şərq bölgələrindəki sərhəd xəttlərində mümkün kütləvi miqrasiyaya qarşı çox ciddi təhlükəsizlik tədbirləri görməyə başlayıb.

Türkiyə təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, Türkiyə-İran sərhəd xətti modul beton divarları, möhkəmləndirilmiş panel çəpərləri, elektro-optik qüllələr və pilotsuz uçuş aparatları (PUA) ilə 24 saat müşahidə olunur.

Sözügedən sərhəd xəttində 20-yə yaxın sərhəd taboru iştirak edir və bölmələrə komando möhkəmləndirmələri edilib. 150 sərhəd polis bölməsindəki sərhəd xəttinin təhlükəsizliyi üçün çalışan komandalarla birlikdə 20 min hərbçi İran sərhədinə toplanıb.

“Əfqanıstandan gələnlərin ölkə sərhədini asanlıqla keçmələri” iddialarının həqiqəti əks etdirmədiyini bildirən təhlükəsizlik mənbələri, mümkün miqrasiya dalğasına qarşı koordinasiyalı şəkildə çalışdıqları barədə məlumat paylaşıblar.

Mənbələr “Miqrasiyanın qarşısını almaq üçün yalnız bu tədbirlər yetərli ola bilməz. Əfqanıstanda siyasi həll son dərəcə vacibdir”, – deyə qeyd ediblər.

Əfqanıstandan qaçanların Türkiyəyə qanunsuz daxil olduqları İran sərhəd xəttində görülən tədbirlər ilə qaçaqmalçılıq və qanunsuz keçidlərə qarşı əhəmiyyətli nəticələr əldə edilib. 2019-cu ildə İran sərhədindən 74 min 447 nəfərin qanunsuz keçməsinin qarşısı alınıb, 5 min 16 nəfər həbs olunub. 2020-ci ildə 127 min 434 nəfərin sərhədi keçməsinin qarşısı alınıb, qanunsuz keçid zamanı 185 nəfər saxlanılıb. Bu ilin ilk 6 ayında 51 min 122 nəfərin İran sərhədini keçməsinin qarşısı alınıb, ilk 6 ayda 523 nəfər qanunsuz keçid zamanı yaxalanıb.

Kateqoriya üzrə digər xəbərlər

Həmid Həmidov: “İşləri korlamış keşiş yaxın üç gün ərzində Azərbaycandan çıxarılacaq” – FOTO

Admin

“Samsung” QLED 8K: İncə dizaynda ideal görüntü – FOTO

Admin

Ermənilər ABŞ-da azərbaycanlı ünvanı axtarır – 500 dollara

Admin

Mövlud Çavuşoğlu Azərbaycana gələcək

Admin

İspaniya paytaxtında koronavirus qurbanlarının xatirəsinə matəm mərasimi keçirildi

Admin

Sülhməramlılar ermənilərin avtomobillərində nə axtarır? – Əsgərlər açıqladı

Admin

Şərh yazın