Image default
AZƏRBAYCAN DÜNYA

Türk generaldan İrana SƏRT XƏBƏRDARLIQ: Ağlını başına toplasın, yoxsa Türkiyə və Rusiya…

İran ölkə tarixində ilk dəfə olaraq Azərbaycanla sərhəddə belə bir miqyasda hərbi təlimlər keçirir. Əsas məsələ də məhz budur. İkincisi, 28 il idi ki, Azərbaycan-İran sərhədinin 200 kilometrə yaxın hissəsi işğal altında idi. Buna baxmayaraq, İran bir dəfə də olsun Azərbaycanın haqq səsini müdafiə etməyib, erməni işğalını qınamayıb. İranın bu məsələdə öz məqsədləri var.

Bu sözləri   açıqlamasında Türkiyənin Azərbaycandakı Səfirliyinin keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauz deyib.

O bildirib ki, Zəngəzur dəhlizinin və digər kommunikasiyaların açılması ilə bölgədə sülh və sabitliyin təmin olunmasını istəməyən qüvvələr buna müxtəlif üsullarla əngəl olmağa çalışırlar. İran da bu təlimi keçirərək Zəngəzur dəhlizinin açılmasına qarşı olduğunu bir daha ortaya qoyur: “Bütün bunların məqsədi Ermənistana siyasi dəstək göstərmək, Azərbaycan, Türkiyə və Rusiyaya isə mesaj verməkdir. İranın bu davranışı nə əxlaqi, nə vicdani, nə də hüquqidir. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi sərhədlər çərçivəsində Azərbaycanın haqq işinə dəstək verməyən İran Birinci və İkinci Qarabağ müharibələri zamanı mülki insanlara qarşı törədilən qətliamlarla bağlı bir söz demədi. Əksinə, İran Birinci Qarabağ müharibəsi zamanı Ermənistana dəstək olmuşdu. Müharibə bitdikdən sonra əsas generallarını İrəvana göndərdi, onlar oradakı erməni ünsürlərinə təlim keçdi. Bu, İranın siyasətidir. Ancaq onların illərdir apardığı bu siyasət ölkələrinin maraqlarına uyğun deyil. İranın maraqları haqq və hüquqdan, Azərbaycanın ərazi bütövlüyündən ötrü olmalıdır. Ancaq 30 ildir bununla bağlı heç bir iş görməyiblər”.

Y.Karauz İranın yüksək səviyyəli hərbi gücə malik olmadığını qeyd edib. General bildirib ki, illərdir İran nələrsə hazırladığını bildirsə də, əllərində-ovuclarında müasir silah sistemləri mövcud deyil: “Çox keçmişə aid silah və texnikaları var ki, bunların da əksəriyyəti düzgün işləmir. Onların keçirdiyi bu təlim görüntü və şoudan başqa bir şey deyil. İran illərdir bunu etməyə çalışır, ancaq söylədiklərilə gerçəkləşdirdikləri bir-biri ilə uyğunlaşmır. İran kimi bir ölkənin özünün xeyli problemləri olduğu halda, Azərbaycan-Ermənistan məsələsi ilə əlaqədar sərhəddə təlim keçirməsi uyğun davranış deyil. İran bu davranışından sonralar çox peşman olacaq”.

Bəs İran tərəfindən Azərbaycana yönəlik hansısa addımlar atılarsa, Türkiyə və Rusiyanın mövqeyi necə olacaq?

 

General Karauz bununla bağlı qeyd edib ki, Türkiyə daim Azərbaycanın yanındadır. Rusiya da tərəfsiz mövqe sərgiləyərək bu məsələdə neytrallığını qoruyur. Ancaq Azərbaycanın ərazi bütövlüyünə yönəlik hansısa addım atılarsa, Rusiya buna göz yummayacaq: “İran-Türkiyə sərhədi 1300-cü illərdə müəyyənləşdirilib. Bundan əlavə, Azərbaycanın İranla əlaqədar Xəzər dənizində və quru sərhədində hansısa bir mənfi yanaşması olmayıb. Türkiyənin və Azərbaycanın xoşniyyətli beynəlxalq əlaqələrə, ölkələrin ərazi bütövlüyünə hörmət göstərməsinə baxmayaraq, İran həm Türkiyəyə, həm də Azərbaycana qarşı xoş münasibət sərgiləməyib. Zaman-zaman da radikal dini qruplar və digər ünsürlərlə bu ölkələrə qarşı hərəkət edib. İran dövləti milli maraqlarını Azərbaycan və Türkiyəyə qarşı Ermənistana üstünlük verəcək şəkildə qurmaqdadır ki, bu da çox yanlış bir tarazlıqdır. Əgər İran bu bölgədə sülh, sabitlik, təhlükəsizlik və iqtisadi yüksəliş istəyirsə, Ermənistan tərəfindən deyil, Azərbaycan, Türkiyə və Rusiya üçbucağı baxımından seçimini etmək məcburiyyətindədir.

İranın təlimləri həm də Rusiyaya bir mesajdır. Qarabağ müharibəsində Rusiyanın tərəfsiz qalması, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi İranı xəyal qırıqlığına uğradıb. Bu təlimlər Türkiyəyə, Azərbaycana və Rusiyaya mesaj olaraq dəyərləndirilməlidir. Azərbaycanın İsraillə olan əlaqələri ilə də bağlılığı var. Hər bir ölkə başqa ölkə ilə beynəlxalq münasibətlər çərçivəsində dialoqlar qura bilər. Azərbaycanın və Türkiyənin İranın ərazi bütövlüyünə qarşı heç bir hədəfi və məqsədi yoxdur. Türkiyə-Azərbaycan birliyi sülh və sabitlik birliyidir, qardaşlıqdır. Azərbaycan haradadırsa, Türkiyə də orada durmağa davam edəcək. Rusiya da haqq və beynəlxalq hüquqlar çərçivəsində tarixində heç zaman olmadığı qədər tərəfsiz qalmaqdadır. Azərbaycanın ərazi bütövlüyünə yönəlik atılacaq ən kiçik addım belə, Rusiya tərəfindən qəbul edilməyəcək. İran ağlını başına toplasın, hesab-kitabını buna görə etsin, haqq və hüquq çərçivəsində davransın”.

Kateqoriya üzrə digər xəbərlər

Ombudsmandan Şuşada meşələrin ağ fosforla yandırılması ilə bağlı HƏYƏCAN TƏBİLİ

Admin

DİM-dən kollecə qəbul olanlara MÜRACİƏT

Admin

Putinin sözçüsü Qarabağdakı sülhməramlıların fəaliyyətindən danışdı

Admin

Kəmaləddin Heydərov generalı işdən çıxardı

Admin

Düşmənin qüvvələri və zirehli texnikası belə məhv edildi – VİDEO

Admin

İşdən çıxarılan polkovnik-leytenantın yerinə YENİ TƏYİNAT

Admin

Şərh yazın