Image default
DÜNYA

Tramp “Twitter” hesabının həmişəlik dondurulmasına münasibət bildirdi – FOTO

Amerika Birləşmiş Ştatları Prezidenti Donald Tramp “Twitter” hesabının həmişəlik bloklanması ilə əlaqədar vəziyyəti qiymətləndirib.

Bu barədə “RİA Novosti” xəbər yayıb.

“Siz bizi susdura bilməzsiniz!” – deyə Trampın administrasiyası tərəfindən yayımlanan bəyanatda qeyd edilib.

Bu mesaj həmçinin dövlət başçısının rəsmi hesabında da paylaşıldı, ancaq “Twitter” dərhal bu ismarıcı da sildi.

“Bunun baş verəcəyini proqnozlaşdırmışdım. Müxtəlif saytlarla danışıqlar aparırıq və tezliklə böyük bir elan verəcəyik. Yaxın gələcəkdə öz platformamızı qurma ehtimalını da araşdırırıq”, – deyə Tramp yazıb.

Onun sözlərinə görə, bu sosial şəbəkə “söz azadlığını qadağan etməkdə günü-gündən daha da irəli gedir”. Tramp həmçinin “Twitter”i demokratlar və “radikal sol”la işbirliyində günahlandırıb.

Qeyd edək ki, daha əvvəl “Twitter” “şiddətə təhrik riski” səbəbindən Trampın şəxsi hesabının həmişəlik dondurulduğunu elan etmişdi.

Trampın qərargahı buna etiraz olaraq sosial şəbəkənin loqotipinin qırmızı rəngli, üzərində oraq və çəkic olan variantını (kompozisiya SSRİ-nin bayrağını xatırladır) paylaşdı. Bundan sonra şirkət qərargahın hesabını da blokladı.

 

Kateqoriya üzrə digər xəbərlər

Peskov: “Rusiya sülhməramlılarının Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsi planlaşdırılmır”

Admin

İran ABŞ-ın yeni prezidenti ilə nüvə anlaşması çərçivəsində dialoqa hazırdır

Admin

Ermənistanın yeganə yolu Azərbaycan və Türkiyə ilə sülhün əldə olunmasıdır – Politoloq

Admin

İtaliya Əfqanıstandan tam çəkildi

Admin

Sərxoş hərbçi avtomobilini qırıcı təyyarəyə çırpdı – FOTOLAR

Admin

Trampın “TikTok”a qadağa qoymasına Zukerberq səbəb olub?

Admin

Şərh yazın