Image default
TEXNOLOGİYA

Toyda iştirak edəcək qonaqların sayı “icaze.e-gov.az” portalına daxil ediləcək

Şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə, habelə şənlik mərasiminin keçirilməsi tarixinə ən azı 5 gün qalmış mərasimin keçirilmə tarixi, başlama və bitmə vaxtı (saat 00:00-dan gec olmamaqla), qonaq sayı haqqında məlumatları “icaze.e-gov.az” portalına daxil etməlidir.

Bu barədə məlumat Nazirlər Kabinetinin qərarında yer alıb.

Şənlik mərasimində xidmət göstərən heyətin (musiqiçilər istisna olmaqla) tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadəsi məcburidir. Şənlik mərasimlərinin təşkil olunduğu məkanlarda çalışan işçi heyətin (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) COVID pasportu olmalıdır.

Şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı xüsusi karantin rejiminin tələblərinə əməl edilməsi ilə bağlı şənlik mərasiminin sahibi və şənlik mərasiminin keçirildiyi məkanın sahibi arasında müştərək məsuliyyət barədə bu Qərarın əlavəsində nəzərdə tutulan formada iltizamnamə imzalanmalı və şənlik mərasiminin keçirildiyi məkanın sahibi tərəfindən “icaze.e-gov.az” portalına daxil edilməlidir.

Portal 2021-ci il 26 iyun tarixindən etibarən müvafiq məlumatları daxil etmək üçün aktiv ediləcək.

“İcaze.e-gov.az” portalı ilə bağlı yaranan çətinliklərlə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmətin) 9108 Çağrı Mərkəzinə müraciət edilə bilər.

Bu qərarın tələbləri pozulmaqla şənlik mərasimlərinin keçirilməsi qadağandır.

Kateqoriya üzrə digər xəbərlər

Avstraliya XİN səhvən minlərlə vətəndaşın elektron poçt məlumatlarını açdı

Admin

Qaz sayğaclarının uzaqdan oxunmasına start verilib – FOTO/VİDEO

Admin

Telefondan silinməsi tövsiyə olunan tətbiqin adı açıqlandı

Admin

Qadjet və yeməyi dezinfeksiya etmək üçün universal antiseptik-qələm yaradılıb

Admin

DTX əməliyyat keçirdi: Sosial şəbəkələrdə yalan xəbər yayan həkim imiş – VİDEO

Admin

“Samsung Galaxy Z Fold 2”: Gələcək bildiyinizdən daha yaxındır

Admin

Şərh yazın