Image default
HƏRBİ

Tovuzda yeni avtomobil tunelinin inşasına başlanılıb – FOTO

Tovuzda yeni avtomobil tunelinin inşasına başlanılıb.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, Bakı-Böyük Kəsik dəmir yolu xəttinin Tovuz şəhərinin Rövşən Məmmədov küçəsindən keçən hissəsində avtomobillərin və piyadaların rahat hərəkətini təmin edəcək yeni yol qovşağının tikintisi üçün müvafiq işlərə başlanılıb.

Yeni tunelin qapalı hissəsinin uzunluğu isə 30 metr olmaqla açıq hissəsi (yanaşma yollar) ilə birgə ümumi uzunluğu 420 metr təşkil edəcək. Avtomobil tuneli hər birinin eni 4 metr olan 2 hərəkət zolağından ibarət olacaq. Yeni tunelin qapalı hissəsinin ümumi eni isə 11 metr olacaq.

Tunel boyu hər bir istiqamət üzrə 120 və 150 metr uzunluğunda yan yolların və piyada səkilərinin inşası da layihə üzrə görüləcək işlərdəndir.

Hazırda tikinti ərazisində torpaq işlərinə başlanılıb, yolun genişləndirilməsi üçün söküntü və kommunikasiya xətlərinin köçürülməsi, həmçinin, svayların vurulması üzrə işlər icra olunur.

Kateqoriya üzrə digər xəbərlər

Azərbaycan ordusunun məhv etdiyi erməni hərbçilərin görüntüləri – FOTO

Admin

Ağdamda düşmən təxribatı: Qəsəbə atəşə tutuldu – VİDEO

Admin

DİN Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə əlavə kursant qəbulu elan edilir

Admin

Erməni işğalçıları pusquya salınıb məhv edildi: Düşmən qaçır – RƏSMİ

Admin

Kapital Bank Şəhidin 12 min manat kredit borcunu SİLDİ – ÖZƏL

Admin

“ASAN xidmət”in 36 əməkdaşı könüllü olaraq ordu sıralarına qoşuldu

Admin

Şərh yazın