Image default
HADİSƏ / CİNAYƏT

“TikTok”da narkotik vasitələri təbliğ edən şəxs saxlanıldı – VİDEO

“TikTok” sosial şəbəkəsində narkotik vasitələri təbliğ edən musiqili video yayan şəxs həbs edilib.

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsindən   verilən məlumata əsasən, Masallı Rayon Polis Şöbəsi ilə birgə keçirilən tədbirlər nəticəsində narkotik vasitələri təbliğ edən Masallı rayon sakini Şahin Nuri müəyyən edilərək saxlanılıb.

Onunla profilaktik söhbətlər aparılıb, paylaşdığı videonun zərərləri, sosial şəbəkələrdə yeniyetmə və gənclərə göstərdiyi mənfi təsirlər barədə ona məlumatlar verilib. Həmin şəxsin “TikTok” sosial şəbəkəsində paylaşdığı bu tipli videonun silinməsi təmin edilib.

Qeyd edək ki, Ş.Nuri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün barəsində toplanmış materiallar məhkəməyə göndərilib. Həmin şəxs məhkəmənin qərarı ilə 9 gün inzibati qaydada həbs edilib.

Kateqoriya üzrə digər xəbərlər

Şirkət rəhbəri və daha 2 nəfər həbs edildi – FOTO

Admin

ABŞ-da helikopter qəzası: Üç nəfər ölüb

Admin

Bakıda evakuator piyadanı vurub – FOTO

Admin

İt döyüşlərini təşkil edənlər saxlanıldı

Admin

Kürdəmirdə narkotacir tutuldu – VİDEO

Admin

Sumqayıtda yanğın baş verib: Bir nəfər zəhərlənib

Admin

Şərh yazın