Image default
TEXNOLOGİYA

“TikTok” Rusiyanın tələbi ilə 250 videonu sildi

TikTok” rəhbərliyi Rusiya səlahiyyətlilərinin istəyi ilə təxminən 250 videonu silib.

CNBC bu barədə “TikTok”un Avropadakı dövlət orqanları ilə əlaqələr üzrə direktoru Teo Bertrama istinadla xəbər yayır.

Onun sözlərinə görə, 1 yanvar – 30 iyul tarixləri arasında “TikTok” müxtəlif ölkə hökumətləri və hüquq-mühafizə orqanlarının tələbi ilə 500-ə yaxın videonu silib.

Bunların təxminən yarısı “LGBT cəmiyyətini diskriminasiya edən bir ölkə kimi nüfuza sahib olan” Rusiya səlahiyyətlilərinin istəyi ilə silinib.

“Rusiya qanunları qorxuncdur… Təəssüf ki, işlədiyimiz ölkənin tələblərinə əməl etməliyik”, – deyə Bertram qeyd edib.

“TikTok”un top meneceri etiraf edib ki,  xidmət Rusiya rəhbərliyinin istəyi ilə LGBT məzmunu olan videoları silib.

“TikTok”un Rusiya nümayəndəliyi isə dövlət qurumlarının tələbi ilə Rusiyada 296 videonun silindiyini bildirib. Nümayəndəlikdən qeyd edilib ki, sözügedən videoların LGBT ilə heç bir əlaqəsi olmayıb.

Kateqoriya üzrə digər xəbərlər

Dünyada tapılmayan yeni noutbuklar artıq Bakıda! – FOTO

Admin

“Facebook”un işində problemlər yaranıb

Admin

Telefondan silinməsi tövsiyə olunan tətbiqin adı açıqlandı

Admin

Azərbaycanda ən çox hansı sosial şəbəkələrə maraq olub? – STATİSTİKA

Admin

DİM: Ali məktəblərin qəbul planının 90 faizindən çoxu dolub

Admin

“YAŞAT” Fonduna 8110 SMS vasitəsilə ianə etmək imkanı yaradıldı – VİDEO

Admin

Şərh yazın