Image default
İQTİSADİYYAT SƏHİYYƏ

Tibb işçilərinin əməkhaqlarına əlavənin verilməsi müddəti uzadıldı

Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsi müddəti uzadılıb.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qeyd olunub ki, hazırda ölkəmizdə və dünyada koronavirus (COVID-19) epidemiyası ilə mübarizə tədbirləri davam etməkdədir və onun ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin intensivləşdirilməsi və effektivliyinin yüksəldilməsi məqsədilə karantinə götürülmüş müəssisələrdə vətəndaşlara genişmiqyaslı xidmətlər göstərilməkdədir.

Bununla əlaqədar, yuxarıda göstərilən xidmətlərin davamlılığının təmin olunması zəruriliyini nəzərə alaraq, göstərilən yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin ödənilməsinin müddəti 2021-ci il yanvarın 1-dən martın 31-dək uzadılıb.

Kateqoriya üzrə digər xəbərlər

Məşhur həkimdən qadın sağlamlığı üçün VACİB məshullar

Admin

Balaca Mübariz sağalacağı günü gözləyir – FOTO

Admin

Almaniyada çalışan azərbaycanlı cərrah ürəyi qoruyan VACİB QAYDALARI AÇIQLADI – VİDEO

Admin

Azərbaycanda nazirliyin 15 əməkdaşında koronavirus aşkarlandı – RƏSMİ AÇIQLAMA

Admin

Sankt-Peterburqdakı azərbaycanlılar erməni həkimlə bağlı xəstəxana rəhbərliyinə müraciət etdi

Admin

Azərbaycanda bir gündə 34 nəfər koronavirusdan öldü – FOTO

Admin

Şərh yazın