Image default
İQTİSADİYYAT SƏHİYYƏ

Tibb işçilərinə iki ay üzrə 9 milyon manata yaxın müddətli əlavə və mükafat ödənilib – FOTO

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) bu ilin iyul və avqust ayları ərzində yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə iş vaxtına/saatına mütənasib olaraq təxminən 7,7 milyon manat, qeyri-tibb işçilərinə isə 1,1 milyon manata yaxın müddətli əlavə ödəyib.

Agentlikdən verilən məlumata görə, Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinə cari ilin iyul və avqust ayları üzrə iş vaxtına/saatına mütənasib olaraq 4639,12 manat məbləğində müddətli əlavə ödənilib. Yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanır.

Könüllülərə adambaşına aylıq 250 manat olmaq şərti ilə, iyul və avqust ayları üzrə 7500 manat məbləğində mükafat ödənilib. Bu məbləğdən əməkhaqqına dair tutulmalar hesablanmır.

Tibb və qeyri-tibb tibb işçilərinə, eləcə də könüllülərə qeyd edilən aylar üzrə ödənilən müddətli əlavə və mükafatların məbləği aşağıdakı kimidir:

 

Qeyd olunub ki, dövlət və özəl tibb müəssisələri tərəfindən göndərilən siyahılara uyğun olaraq Agentlik tərəfindən iyul və avqust ayı üzrə müddətli əlavələrin ödənilməsi davam edir.

Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqqılarına müddətli əlavələrin ödənilməsi noyabrın 1-dək uzadılıb.

Kateqoriya üzrə digər xəbərlər

Xallar xərçəng xəstəliyinin yaranması haqqında xəbər verə bilər

Admin

Hər qadın 35 yaşdan sonra mütləq BUNU ETMƏLİDİR – Ölüm TƏHLÜKƏSİ/VİDEO

Admin

Yüz minlərlə manat rüşvətə görə həbs edilən sabiq icra başçısından xəbər var

Admin

Azərbaycanda bu şəxslərə 190 MANAT PUL VERİLƏCƏK

Admin

Bərdədə hamilə qadın xəstəxanada öldü

Admin

Saxta əlillik təyinatı verən baş həkim barəsində cinayət işi açıldı – RƏSMİ

Admin

Şərh yazın