Image default
DÜNYA HADİSƏ / CİNAYƏT

“Taliban”ın axtardığı qadın aktivist: “Məni edam edəcəklər” – VİDEO

“Taliban” Əfqanıstanda nəzarəti ələ keçirməzdən əvvəl qadın hüquqları müdafiəsi üzrə fəallığı ilə məşhur olan Taranom Seyidi gələcəyi ilə bağlı çox narahatdır.

Hazırda o, “Taliban” rejimindən gizlənir.

Taranom Seyidi “CNN” müxbiri ilə söhbəti zamanı yaşadığı dəhşəti dilə gətirib. Məlumata görə, bu qadının “Taliban”ın gözündə yeganə təqsiri küçələrdə bərabərlik hüquqlarını tələb etməkdir.

Buna görə, o döyülüb və təzyiqlərə məruz qalıb. Bu səbəbdən “Taliban” qorxusu onu hər yerdə izləyir.

Taranom Seyidi hazırda ailəsinin və zorakılıqdan xilas etdiyi uşaqların qayğısına qalan yeganə insan olduğunu deyib. Bununla belə, ölkədə qalmağın onun üçün ölüm riski daşıdığını vurğulayıb.

T. Seyidi bildirib ki, onun taleyi kömək üçün müraciət etdiyi ABŞ, Böyük Britaniya, Kanada və digər ölkələrdən asılıdır. O, ölkəni tərk edəcəyi halda da mübarizəsini davam etdirəcəyini bildirib.

Daha ətraflı Baku TV-nin süjetində:

Kateqoriya üzrə digər xəbərlər

İrəvanda atışma: Yaralılar arasında bələdiyyə başçıları da var

Admin

Hindistanlı deputat koronavirusdan sağalmaq üçün palçıq vannası qəbul edir

Admin

Şahzadə Harridən gözlənilməz açıqlama

Admin

Narkotik vasitənin təsiri altında maşın idarə edən sürücü saxlandı – FOTO

Admin

Bakıda yataqxananın damında domino oynayanlar cəzalandırılıb – FOTO

Admin

Xəyanətin qisası belə alındı – VİDEO

Admin

Şərh yazın