Image default
HADİSƏ / CİNAYƏT

Tələbəni oğurlayıb, diri-diri dəfn etmək istədilər – FOTO

Sekta üzvləri tələbəni oğurlayaraq, diri-diri dəfn etmək istəyiblər.

“The Punch” nəşrinin məlumatına görə, dəhşətli hadisə Nigeriyanın Ebonya ştatında qeydə alınıb.

Zərərçəkən, 20 yaşlı Sendey Ocinin iddiasına görə, hücum edənlər onu düşmən klanın üzvü ilə səhv salıblar.

“Onlar məni motosikllə Ekoliyə qaçırdılar, orada torpağı qazdılar, məni çuxura atıb, sinəmə qədər basdırdılar”, – deyə tələbə bildirib.

Sekta üzvlərinə bu əməllərini sona çatdırmağa yaxınlıqdan keçən ovçular mane olub:

“Mən içəridə uzamışdım, boğulurdum və qışqırırdım. Bu vaxt onlar yaxınlaşan addım səslərini eşidib qaçdılar”.

Hadisədən sonra tələbə xəstəxanaya yerləşdirilib. Polis sektanın 36 üzvünü həbs edib, lakin ilkin dindirilmədən sonra onlardan çoxu azadlığa buraxılıb. Doqquz şübhəli isə dəmir barmaqlıqların arxasında məhkəmə hökmünü gözləyir.

B

Kateqoriya üzrə digər xəbərlər

Qatarın 25 vaqonu relsdən çıxdı – ANBAAN VİDEO

Admin

Atasının qisasını almaq üçün 15 il gözlədi

Admin

Ermənistanda dəhşətli polis zorakılığı üzə çıxdı – VİDEO

Admin

Kürəkən 55 yaşlı qayınanasına aşiq oldu

Admin

Bakıda ər həyat yoldaşının ölümünə səbəb oldu – FACİƏVİ HADİSƏ

Admin

Zaqatalada avtomobil beton maneəyə çırpıldı, ölən var

Admin

Şərh yazın