Image default
TƏHSİL

Təhsil Nazirliyi: “Qapalı məkanlarla bağlı qayda mühazirələrin keçirilməsində problem yaradır” – VİDEO

“Pandemiya şəraitində qapalı məkanlarla bağlı qaydalar böyük qruplarda mühazirələrin keçirilməsində problem yaradır”.

Bunu “ARB 24”ün “İş vaxtı” verilişinə açıqlamasında Təhsil Nazirliyinin şöbə müdiri Nicat Məmmədli deyib.

“Bizim bundan sonrakı gözləntilərimiz bir neçə məsələ ilə bağlıdır. Ənənəvi tədrisin əvvəlki çərçivələrdə tam bərpa olunması ən vacib məsələlərimizdən biridir. Çünki sosial məsafənin gözlənilməsi, eyni zamanda müxtəlif böyük auditoriyalarda yerlərin məhdud sayda istifadə olunması və s. sözsüz ki, ali təhsil müəssisələrimiz üçün müəyyən çətinliklər yaradır. Yaxın gələcəkdə bu məhdudiyyətlərdən azad olmağa çalışacağıq.

Çünki hələ də qapalı məkanlarda məhdud sayda toplaşmaqla bağlı problemlərimiz var. Bu, böyük qruplarda mühazirə dərslərimizin təşkilində müəyyən problemlərin yaranmasına səbəb olur. Ümid edirik ki, ali təhsil müəssisələri bunun öhdəsindən gələcək. Ən azından nəticədə ciddi yoluxma sayını görməyəcəyik və təhsili ənənəvi qaydada davam etdirməyə çalışacağıq. Distant təhsil bizim üçün bəzi hallarda yalnız lüks və yaxud da təhsilin alternativ formalarda təşkili kimi qalacaq”, – deyə o bildirib.

Kateqoriya üzrə digər xəbərlər

Sabahdan müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə başlanılır

Admin

Samux Rayon Təhsil Şöbəsinə yeni müdir təyin olundu – FOTO

Admin

Növbəti buraxılış imtahanlarının vaxtı məlum oldu

Admin

Azərbaycanda növbəti tədris ili nə vaxt başlayacaq? – RƏSMİ AÇIQLAMA

Admin

ABŞ-ın Dyuk Universitetində təhsil imkanı verən proqrama qoşulanların sayı açıqlanıb – FOTO

Admin

Bakıda 19 məktəb direktoru işdən azad edilib – RƏSMİ

Admin

Şərh yazın