Image default
TƏHSİL

Təhsil naziri iki müəllimi mükafatlandırdı – FOTO

Təhsil naziri Emin Əmrullayev könüllü dərs deyən iki müəllimi mükafatlandırıb.

Bu barədə nazir özünün “Facebook” səhifəsində paylaşım edib.

Paylaşımda qeyd olunur:

“Bildiyimiz kimi, başa çatmasına bir neçə gün qalan 2020-ci il ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə “Könüllülər ili” elan edilmişdi. Pandemiya şəraiti olmasına baxmayaraq, ölkəmizdə müxtəlif sahələrdə könüllülük hərəkatı geniş vüsət aldı. Bu sırada Vətən müharibəsində könüllü olaraq döyüşlərə qatılan müəllimlərimiz kimi arxa cəbhədə övladlarımıza könüllü dərs deyən pedaqoqlarımız da oldu.

Bu ilin martından teledərslərin hazırlanması prosesinə könüllü qatılan, gənclərə örnək olan müəllimlərdən ikisi barədə danışmaq istərdim. Müəllimlərimiz Nüşabə Məmmədova və Qita Veyseyskaya təqaüddə olmalarına baxmayaraq, könüllü şəkildə teledərslər vasitəsilə şagirdlərimizə dərs deyiblər. Özü də bu işi sevə-sevə, ürəklə, yüksək keyfiyyətlə görüblər.

Çətin vaxtlarda hər iki müəllimimiz sözün əsl mənasında fədakarlıq nümayiş etdiriblər. Təhsil Nazirliyinin “Fəxri Fərman”ı ilə təltif olunan hörmətli müəllimlərimizə dəyərli əməkləri, göstərdikləri səylər üçün bir daha dərin təşəkkürümü bildirirəm”.

 

Kateqoriya üzrə digər xəbərlər

Azərbaycanda növbəti qəbul imtahanları keçirilir

Admin

DİM-dən dövlət qulluğuna müsahibələrdə iştirak edəcək namizədlərə MÜRACİƏT

Admin

Yeni tədris ilində neçə şagird təhsil alacaq?

Admin

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO

Admin

Qəbul imtahanlarında maksimum nəticə göstərən abituriyentlər – FOTO

Admin

Bakıda özəl uşaq bağçasında qalmaqal: Müdir müəllimi döyüb? – AÇIQLAMA

Admin

Şərh yazın