Image default
TƏHSİL

Təhsil naziri Azərbaycanda elmi tədqiqat fəaliyyətini tənqid etdi

“Tədqiqat işlərində vaxtı keçmiş alətlərlə müasir dövrün çağırışlarına cavab vermək istəyi müşahidə olunur. Hesab edirəm ki, bu sahədə dəyişikliyin həyata keçirilməsi, ali təhsilin yeni modelinin qurulması və bunun elmi tədqiqatlara sirayət etməsi önəmlidir”.

Bunu təhsil naziri Emin Əmrullayev deyib.

Nazirin fikrincə, bu məsələnin həllində mürəkkəb heç nə yoxdur: “Önəmlisi odur ki, dünya elmi araşdırmaların və tədqiqatların standartlarını müəyyən edib. Hər bir sahədə olduğu kimi elm də ölçülə biləndir. Bu gün zəif və ya güclü alimi görə bilirik. Get-gedə yaxşı, pis və güclü yox, ölçülə bilən indekatorla təmsil olunan elm adamlarını görməliyik və görəcəyik, çünki başqa yolu yoxdur”.

E.Əmrullayev bildirib ki, son illər ərzində azərbaycanlı alimlərin yazdığı məqaələrin sayında dəyişiklik nəzərə çarpır: “Bu sayı daha da artırmaq lazımdır. Kimlərin həmin məqalələrdən sitat gətirməsi məsələsi də önəmlidir. Gündə bir neçə saatlıq tədqiqat aparmaqla dünya alimləri ilə rəqabət aparan alim nəsli yetişdirə bilmərik. Odur ki, çalışqan olmaq lazımdır”. (report)

Kateqoriya üzrə digər xəbərlər

DİM abituriyentlərə müraciət etdi

Admin

Yeni tədris ili – Dərs 35 dəqiqə olacaq, bəzi günlərdə isə…

Admin

Bakı Ali Neft Məktəbi – Doqquz il

Admin

Magistraturaya qəbul imtahanı ilə bağlı YENİLİK: Bu ildən…

Admin

Emin Əmrullayev rayon məktəblərindəki vəziyyətə aydınlıq gətirdi

Admin

Ali təhsil müəssisələrində tədrisin bərpası ilə bağlı QƏRAR

Admin

Şərh yazın