Image default
SƏHİYYƏ

TƏBİB əməkdaşları arasında koronavirusdan vəfat edən yoxdur – AÇIQLAMA

Pandemiya ilə mübarizədə yaxından iştirak edən qurumlardan biri də “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi”dir (TƏBİB).

Qurum əməkdaşları pandemiya dövründə mütəmadi olaraq ölkədəki vəziyyət və karantin rejimi ilə bağlı məlumatların cəmiyyətə çatdırılmasında da yaxından iştirak ediblər.

Bəs görəsən əhalini virusdan qorunmağa çalışan qurumun əməkdaşları arasında COVID-19 infeksiyasının qurbanı olan varmı?

TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, vaksinasiya strategiyasına uyğun olaraq TƏBİB əməkdaşları ilk vaksin olunanlar sırasındadırlar:

“Bu günə kimi TƏBİB əməkdaşlarının 91% i vaksin olunublar. Əməkdaşlar arasında koronavirus səbəbindən vəfat edən yoxdur”.

Qeyd edək ki, bu günə qədər ölkədə koronavirus infeksiyasından vəfat edən tibb işçiləri olub. Onların əksəriyyəti birbaşa TƏBİB-də çalışmasalar da, qurumun tabeliyində olan tibb müəssisələrində çalışıblar.

Kateqoriya üzrə digər xəbərlər

Səhiyyə naziri şəxsən o vətəndaşa zəng etdi – FOTO

Admin

Dünyada koronavirusa yoluxanların sayı 24 milyonu ötdü

Admin

Payızda arıqlamaq üçün İDEAL MƏHSUL

Admin

Cəlal İsayev: “Məktəblərdə yoluxma riski qat-qat çox ola bilər”

Admin

Koronavirusun gedişində əsl İNQİLAB: Xərçəng hüceyrələri…

Admin

Həkim: “Ölkəmizdə “Delta” ştammı aşkarlanarsa, sərtləşmələrə gedilə bilər” – VİDEO

Admin

Şərh yazın