Image default
SƏHİYYƏ

“Təbəssüm Məmmədovanın meyiti bir gün sonra yaxınlarına təhvil verilib” – AÇIQLAMA

“Təbəssüm Məmmədovanın xəstəxanada 17 günlük müalicəsinə 45-46 min manat borc yazılsa da, 30 min manat pul alınıb”.

Bu barədə “Bona Dea” Beynəlxalq Hospitalının baş həkimi Cabir Gülmalıyev 22 yaşlı pasiyent Təbəssüm Məmmədovanın meyitinin ailəsinə təhvil verilməməsi ilə bağlı məsələ ətrafında keçirilən mətbuat konfransında məlumat verib.

O bildirib ki, damarlarda qanaxmaların bağlanılması üçün çox müdaxilə edilib:

“Təbəssüm Məmmədovanın anasının səsləndirdiyi iddia doğru deyil. Bizim personaldan heç kim ona 30 min manatın bizi qane etmədiyini deməyib. Deyə bilməz.

Ümumi xərclər 45-46 min manata yaxın olsa da, biz tibbi xidmətin pulunu – 30 min manatı qəbul etmişik. Meyit də bir gün sonra yaxınlarına təhvil verilib”.

Kateqoriya üzrə digər xəbərlər

Binəli Yıldırım koronavirusdan sağaldı

Admin

Əlillik təyinatları niyə kəsilir? – RƏSMİ

Admin

Bakıda telefonla oynamaq faciəyə səbəb oldu: 2 ölü, 12 yaralı

Admin

Koronavirusun DƏHŞƏTLİ NÖVÜ tapıldı: yaddaş itir və…

Admin

Səkkiz xəstəxanada nöqsan aşkarladı: Sənədlər Baş Prokurorluğa təqdim olunub

Admin

Azərbaycanda koronavirusa yoluxanların sayı daha da artdı: Rekord ölüm – FOTO

Admin

Şərh yazın