Image default
HADİSƏ / CİNAYƏT

“Şuşa həbsxanasında ayrı-ayrı şəxslər mənə ağır işgəncələr verdi” – Zərərçəkmiş

“İbtidai istintaqda ifadə verən zərərçəkmişlərin ifadələri təstiqlənib. Həmin zərərçəkmişlərin ifadələri Şuşa Bu sözləri birinci Qarabağ Müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş erməni yaraqlıları Ermənistan vətəndaşları – 1969-cu il təvəllüdlü Mkrtiçyan Lüdvik Mkrtiçoviç və 1967-ci il təvəllüdlü Xosrovyan Alyoşa Aramaisoviçin Yasamal rayon Məhkəməsində baş tutan iclasda çıxış edən prokuror bildirib. Daha sonra prosesdə təqirləndirilən şəxslərə sərbəst ifadə vermək təklif edilsə də, onlar indiki mərhələdə susmaq hüququndan istifadə edib.

Prosesdə ifadə verən zərərçəkmiş Qərib Vəliyev bildirib ki, Lüdvik Mkrtçyan ona qarşı amansız işgəncələr verib: “1999-cu ildə girov götürülmüşəm. Tapqaraqoyunlu kəndi istiqamətində heyvan otararkən erməni hərbçiləri tərəfindən girov götürüldüm. Məni Şuşa həbsxanasına apardılar. Orada ayrı-ayrı şəxslər mənə ağır işgəncələr verdilər. Lüdvik Mkrtçyanı Laçın rayonu ərazisində hərbi formada görmüşəm. O Azərbaycan dilindən tərcüməçi kimi iştəyirdi. Sinəmə təpiklə vururdu, işgəncələr verirdi. Kabinetdə mənə 3 şillə vurdu, kabinetdən çıxıb kənarda oturdum. Mənə yaxın gəlib məni dizi ilə vurub başıma torba keçirdi və başladı mənə amansız işgəncələr verməyə. Bir gün axşama qədər məni döydü. Bizdən yaxınlıqdakı hərbi hissənin yerini soruşurdu və tələb edirdi ki, mən kəşfiyyatçı olduğumu boynuma alım. Azərbaycan dilində təmiz danışa bilir, çünki o bizimlə Azərbaycan dilində danışırdı. 2 ay əsirlikdə qaldım. Beynəlxalq Qırmızı Xaç Komitəsi məni nəzarətə götürəndən sonra işgəncələr dayandı. Qayıdandan sonra 1 ay müddətinə müalicə olunmuşam. Prokurorun suallarını cavablandıran zərərçəkmiş bildirib ki, ibtidai istintaqdan Lüdvik Mkrtçyan onu tanıyıb: “Birinci dəfə üzləşmədə salam verdim o məni tanıdı. Amma ikinci üzləşmə zamanı məni tanıdığını inkar etdi. Mən isə onu görünüşündən və səsindən tanıdım”.

Kateqoriya üzrə digər xəbərlər

Həyatını riskə atıb çayda boğulan azyaşlını xilas etdi – VİDEO

Admin

İcra başçısı və müavini saxlanıldı – FOTO

Admin

Saatlıda qatar avtomobili vurdu – üç nəfər yaralandı

Admin

Bakıda narkotik qəbul edən 38 yaşlı kişi öldü

Admin

Bakıda lüks avtomobil yük maşınına çırpıldı – VİDEO

Admin

Hacıqabulda yanğın olub

Admin

Şərh yazın