Image default
HÜQUQ

Suriyada döyüşmüş azərbaycanlının məhkəməsi başlayır

Azərbaycanın hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etməkdə təqsirləndirilən Amil Əhmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən iş hakim Eldar İsmayılovun icraatına verilib.

Qeyd edək ki, A.Əhmədov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən beynəlxalq terrorçuluqla mübarizə istiqamətində kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılıb.

Araşdırmalar nəticəsində Azərbaycan vətəndaşı Əhmədov Amil Mehman oğlunun 2016-2019-cu illər ərzində ölkə hüdudlarından kənarda terror aktlarının törədilməsi ilə müşayiət olunan, dini məzhəbləri yaymaq adı altında, dini düşmənçilik zəminində aparılan silahlı münaqişələrdə iştirak etmək məqsədi ilə Suriya Ərəb Respublikasının Hələb şəhərinin Leroman qəsəbəsində xüsusi hazırlıq düşərgəsində təlimlər keçməsinə, müxtəlif odlu silah və partlayıcı qurğulardan istifadə qaydalarına yiyələnərək “Ceyşullah” və digər qanunsuz silahlı dəstələrin tərkibində Hələb, Hama və İdlib şəhərlərində silahlı münaqişələrdə iştirakına əsaslı şübhələr müəyyən edilib.

A.Əhmədov sonradan gizli yollarla üçüncü dövlətin ərazisinə keçib.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 2020-ci il sentyabrın 7-də Amil Əhmədov şübhəli şəxs qismində saxlanılıb, Cinayət Məcəlləsinin 283-1.3-cü (Azərbaycanın hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədilə sabit qruplar yaratmaq, həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunaraq, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Kateqoriya üzrə digər xəbərlər

Rusiyada həbs olunan şəxsə Gəncədə hökm oxundu

Admin

Erməni terrorçu birləşməsinin daha 13 üzvünün məhkəməsi davam etdiriləcək

Admin

Azərbaycanlılara işgəncələr verən ermənilərin növbəti məhkəməsi keçirildi

Admin

Həbsdə olan sabiq nazir müavininin məhkəməsi başladı

Admin

Qazaxıstanda ölüm cəzası rəsmən ləğv olundu

Admin

Dünən gecə arvadını güllələyərək öldürən hakimin vəkilindən AÇIQLAMA + YENİLƏNİB

Admin

Şərh yazın