Image default
İDMAN

Superağır çəkidə dünya çempionluğu: Tayson Fyuri Deontey Uaylderi nokauta saldı – VİDEO

WBC versiyası üzrə superağır çəkidə dünya çempionluğu uğrunda döyüşün qalibi Tayson Fyuri olub. Bununla da, o, titulunu qoruya bilib.

Britaniyalı peşəkar boksçu Tayson Fyuri ABŞ təmsilçisi Deontey Uaylderi nokautla məğlub edib.

Qarşılaşma 11-ci raundda bitib. Belə ki, britaniyalı başa endirdiyi qüvvətli zərbə ilə rəqibini aşırdıb.

T.Fyurinin bu qələbəsi peşəkar karyerasında 31-ci olub.

Qeyd edək ki, Tayson Fyuri bu qarşılaşmaya 125,6 kiloqram çəkidə çıxıb. Onun rəqibinin isə 107,6 kiloqram çəkisi olub.

Kateqoriya üzrə digər xəbərlər

“Əsl çempionlar sınmaz” – Ronaldudan tənqidlərə cavab

Admin

U-21 millimizin futbolçusu yığmadan imtina etdi – FOTO

Admin

“Neftçi”nin Çempionlar Liqasında ilk sınağı

Admin

Azərbaycanda “Formula 1” yarışı ləğv olundu – İDDİA

Admin

Dünya çempionatında qadın güləşçilərimiz də qızıl medalsız qaldı

Admin

“Liverpul” Ramosu transfer etmək istəyir

Admin

Şərh yazın