Image default
SƏHİYYƏ

Super qrip sürətlə yayılır

Epidemiya zamanı bitmiş hesab edilən qrip fərqli bir şəkildə ortaya çıxıb. Xəstəliyə yoluxanların koronavirus testlərinin nəticəsi mənfi olsa da, onlarda şiddətli qrip simptomları müşahidə olunur.

Mütəxəssislərin super qrip adlandırdığı xəstəlik 15-44 yaşlı şəxslər arasında Avropada sürətlə yayılır.

Ağır qripdən əziyyət çəkənlərdə yuxarı tənəffüs yolu infeksiyaları, öskürək, boğaz ağrısı, yorğunluq, dad və qoxu itkisi kimi simptomlar olur.

İngiltərənin Səhiyyə Təhlükəsizliyi Təşkilatının rəqəmləri soyuqdəymə və qrip, öskürək və ya nəfəs almaqla bağlı problemli müraciətlərin artdığını göstərir.

Kardiff Universitetinin professoru Ronald Eccles super qripi tənəffüs yolu virusu olaraq təsdiqləyib.

Onun sözlərinə görə, tənəffüs yolu virusu soyuqdəyməyə bənzər simptomlara malikdir, lakin iki yaşdan kiçik körpələrdə və yaşlılarda daha ciddi nəticələrə səbəb ola bilər.

Kateqoriya üzrə digər xəbərlər

Yeni xəstəlik yayıldı – BU DƏFƏ UŞAQLAR…

Admin

Şirvan Şəhər Doğum Evi xəstədən rüşvət tələb edib? – İDDİA + AÇIQLAMA

Admin

Rusiyalı sabiq nazir koronavirusdan öldü

Admin

Acı bibər yemək ölüm riskini AZALDIR

Admin

Koronavirusla bağlı SON STATİSTİKA

Admin

21 günlük körpə sarılıqdan öldü

Admin

Şərh yazın