Image default
DÜNYA HƏRBİ

Sülhməramlılar ermənilərə qazan payladı – FOTO

Azərbaycanın Qarabağ bölgəsində yerləşən Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları köçkünlər və çoxuşaqlı ailələr üçün ünvanlı humanitar yardımların çatdırılmasını təşkil etdilər.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.

Bildirilib ki, humanitar aksiya zamanı Rusiya sülhməramlıları məcburi köçkünlərə və çoxuşaqlı ailələrə mətbəx əşyaları və qida məhsulları veriblər:

“Ümumilikdə, 150-dən çox ailə bu həftə rus sülhməramlılarından ünvanlı humanitar yardım aldı. Humanitar yardım mərkəzinin əməkdaşları ünvanlı yardım göstərməyə fərdi yanaşırlar. Sakinlərə əsas ehtiyaclar – uşaqlar və böyüklər üçün paltar və ayaqqabılar, yuyucu tozlar, yemək bişirmək üçün qaz piltələri, mətbəx qabları, yemək, yataq dəstləri, yastıqlar, yorğanlar, şəxsi gigiyena əşyaları, uşaq oyuncaqları, habelə fərdi tibbi vasitələr verilir”.

Kateqoriya üzrə digər xəbərlər

Rusiyada ukraynalı diplomat saxlanılıb

Admin

Şeyxülislam Allahşükür Paşazadə Aleksandr İşeinlə vida mərasiminə qatılıb – FOTO

Admin

Türkiyə Silahlı Qüvvələri yenidən hərəkətə keçdi (YENİLƏNDİ)

Admin

Məşhur cütlüyün reportajına 11 milyon ödənildi

Admin

General Quram Nikolaişvili ermənilər barədə: “Sabah deyəcəklər ki, Axalkalaki onlara məxsusdur?” – MÜSAHİBƏ

Admin

Çavuşoğludan Rusiya-Türkiyə Ortaq Mərkəzi ilə bağlı AÇIQLAMA – VİDEO

Admin

Şərh yazın