Image default
İDMAN

Stadnik üç görüşə 33 xal toplayıb finala çıxdı

Azərbaycanın qadın güləşçisi, dünya və Avropa çempionu Mariya Stadnik Polşanın paxtaxtı Varşavada keçirilən “Poland Open” turnirində finala çıxıb.

50 kq çəki dərəcəsində çıxış edən idmançı ardıcıllıqla Emiliya Alina Vuça (Rumıniya) 12:2, Erin Qolstona (ABŞ) 10:0 və Mariya Tyumerekovanı (Rusiya) 11:1 hesabları ilə məğlub edərək finala yüksəlib.

O, axşam seansında qızıl medal uğrunda görüşə çıxacaq. Stadnikin rəqibi həmyerlisi, Ukrayna təmsilçisi Oksana Livaç olacaq.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Hacı Əliyev (70 kq) və Hacımurad Hacıyev (74 kq) bu yarışda bürünc medal qazanıb.

Kateqoriya üzrə digər xəbərlər

Hamilə şəkilləri ilə populyarlaşan keçmiş futbolçu ana oldu – FOTO

Admin

Ramil qəhrəman deyil: qəhrəman ola bilmədi…

Admin

Millimizin baş məşqçisi: “Uşaqlar məşqdə sanki yuxulu idilər”

Admin

Koronavirusa yoluxan mer vəfat etdi

Admin

Azərbaycan millisinin futbolçusu 20 yaşında öldü

Admin

Millimizin İspaniyada çıxış edən oyunçusu: “Zallar açıldıqdan sonra uyğunlaşmaq asan olmadı” – MÜSAHİBƏ + FOTO

Admin

Şərh yazın