Image default
HADİSƏ / CİNAYƏT

Son sutkada “yol terroru” ilə bağlı dəhşətli STATİSTİKA

Ötən gün respublika ərazisində ölümlə nəticələnən dörd yol qəzası qeydə alınıb.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, qəzaların dördü də piyada vurma hadisəsidir.

Araşdırma zamanı məlum olub ki, piyadaların vurulması halları yolun hərəkət hissəsində, piyadaların hərəkəti üçün müəyyən edilməmiş yerlərdə baş verib. Odur ki, piyadalardan bir daha xahiş edirik ki, onların rahat və təhlükəsiz hərəkəti üçün nəzərdə tutulan zolaqlardan, yeraltı və yerüstü keçidlərdən istifadə etsinlər, öz həyatlarını təhlükəyə atmasınlar.

Oktyabrın 11-i saat 04:00 radələrində Abşeron rayonu Xırdalan şəhəri ərazisində sürücü Hüseynov Azər Namiq oğlu idarə etdiyi “Chevrolet” markalı, 99-UP-393 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yolu keçməyə çalışan 1973-cü il təvəllüdlü piyada Rüstəmov Asəf Cahangir oğlunu, saat 18:00 radələrində Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində sürücü Məmmədov Ramiz Əyyar oğlu idarə etdiyi “Mercedes” markalı, 99-RH-463 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman 1941-ci il təvəllüdlü piyada Cəfərov Kamal Səfərli oğlunu, saat 20:00 radələrində Bakı-Qazax avtomobil yolunun Kürdəmir rayonu ərazisindən keçən 175-ci kilometrliyində sürücü Xıdırov Elçin Bayram oğlu idarə etdiyi “Mercedes” markalı, 90-SY-497 qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman yolu soldan sağa keçən 1968-ci il təvəllüdlü piyada İbadov Səfa Balakişi oğlunu, oktyabrın 12-si saat 00:15 radələrində Bərdə rayonu Alpout kəndi ərazisində sürücü Bayramlı Qabil Eynulla oğlu idarə etdiyi VAZ-2107 markalı, 90-RJ-452 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yolun hərəkət hissəsində dayanan 1954-cü il təvəllüdlü piyada Əliyev Əvəz İsmayıl oğlunu vurub.

Qeyd edək ki, adları qeyd olunan piyadalar hadisə nəticəsində ölüblər.

Kateqoriya üzrə digər xəbərlər

Gecə intihar edən qazimiz yaddaşını itirib – Döyüşə getdiyini xatırlamırmış

Admin

Sabirabadda gecə qaçırılan maşın səhəri gün tapıldı

Admin

Masazırda evdə meyit aşkarlanıb

Admin

Bakıdakı DƏHŞƏTLİ HADİSƏ ilə bağlı cinayət işi başlanıldı

Admin

İsmayıllıda heroin alverçisi saxlanıldı

Admin

Bakıdakı özəl məktəbdə dava düşdü – VİDEO

Admin

Şərh yazın